?

Log in

No account? Create an account

no comment

Российские вузы и научные институты лишились из-за падения курса рубля со вторника, 12 мая, подписки на тысячи научных журналов, издающихся международной компанией Springer.

В настоящий момент задолженность НЭИКОН перед Springer составляет около 890 тысяч евро, сообщил Айхер.


В Минобрнауки сообщили изданию, что были не в курсе сложившейся ситуации с подпиской, и пообещали разобраться. Глава РАН Владимир Фортов заявил, что в случае лишения подписки российские ученые окажутся фактически в изоляции от мировой науки. «Springer — очень серьезное издательство. Если их журналы станут нам недоступны, наука не сможет развиваться полноценно», — предупредил он.

Компания Springer издает более 2,4 тысячи научных, технических и медицинских журналов, книг и справочников. Издательству также принадлежат права на 170 тысяч книг. Подписка на большинство изданий и публикаций является платной. В 2014 году Springer оценил годовую подписку для российских ученых в 3,2 миллиона евро.

Метки:

haqlıdırmı?

Altay Göyüşov: "Mənim fikrimcə Tetçerdən sonra Böyük Britaniyanın tarixində Kameron kimi zəif baş nazir olmayıb, amma seçkiləri uddu. Keçən il Junker məsələsində Merkel onu yerin dibinə soxmuşdu. Bir nailiyyəti bəlkə Şotlandiya referendumu idi. Amma yenə də Putin boyda fəlakət var Avropada. Kameron isə bu fəlakət qarşısına çıxarılacaq lider deyil.
Fəqət gör nə qədər Britaniya siyasəti mağmın günə qalıb ki, Çörçillin, Tetçerin kürsüsünə Kamerondan daha yaxşı namizəd tapa bilmirlər".

ver_tigo sən nə deyirsən?:)

Метки:

help

qədim türklər, yaxud digər türkdilli xalqlar "bazar"a (market) nə deyir(di)lər?

Метки:

:)))

+18Свернуть )


Азербайджанский (да и не только) сегмент Сети облетела фотография, сделанная Instagram-блоггером myassthetics с вершины Девичьей башни в Баку.


"Разумеется, что эта фотография была сделана без нашего разрешения - да мы бы и не разрешили никогда устраивать на древнейшем памятнике что-то подобное", - сообщили Day.Az в пресс-службе управления Государственного историко-архитектурного заповедника "Ичеришехер". - Начато разбирательство. Мы выясним, каким образом этому человеку удалось сделать снимок", - сказала представитель управления, добавив, что администрация "Ичеришехер" незамедлительно сообщит о результатах проверки.

Читать полностью: http://news.day.az/society/577259.html

Метки:

fb istatusları:)

"Paşabank"ın idarə heyətinin sədrini Beynəlxalq banka yeni rəhbər təyin ediblər. Bu gedişlə qorxuram ki, Paşa holdinq adımı dəyişdirməyi tələb etsin:)

Görüm Ermənistanda da Avropa oyunları keçirilsin, lap acından ölsünlər:)

Метки:

Etyen Mahçupyan:

"Ben kendimi Ermeni’den çok Osmanlı hissediyorum"

"Rakamdan emin değilim; ama son araştırmalarda Ak Parti’ye oy veren seçmenlerin yüzde 70’i yolsuzluk olduğuna inanıyor. Yolsuzluk da olmuştur. Gerçi yolsuzluk 90 yıldır oluyor, AK Parti hükümetinde de olmuştur. Ama halk darbe tehlikesini de görüyor. Darbe tehlikesi ile yolsuzluğu kıyaslıyor halk. İkisi arasından darbenin daha kötü olduğunu görüyor ve yolsuzluğu seçiyor. Yolsuzlukla mücadele daha kolay çünkü. AK Parti de hatalar yapıyor. Sonuçta siyasi bir parti. Ama doğru yaptıkları, yanlış yaptıklarından daha fazla."

ölülər

Görürəm bəzi adamlar Mirzə Cəlili ittiham edir ki, niyə Şeyx Nəsrullahın qarşısına məhz alkaş İskəndəri çıxarıb. Hətta Cəfər Cabbarlı da bu məqamı əsas götürərək "Ölülər"i tənqid etmişdi. İndi təsəvvür edək ki, İskəndər içmir, çəkmir və ağlı başında Şeyx Nəsrullahın qabağına çıxır. Həmin an İskəndəri yortardılar. İlin-günün bu vaxtında bir tənqidi fikrə görə adamın ağzından atırlar, o ki qaldı 19-cu əsr ola. Yaxşı, Seyid Əzim Şirvani ki, nə içən idi, nə də çəkən. Özü də Şamda ali dini təhsil almışdı. Onu niyə öldürdülər? Çünki doğruları yazırdı. Deməli, Mirzə Cəlilin məqsədi, ilk növbədə, İskəndəri qorumaq və "ölülərin" üzünə tüpürmək idi. İçki İskəndəri qoruyan yeganə qalxan idi...

Метки:

kristi2

«Мы рады представить вам наши высококлассные эскорт-услуги в Баку. Мы гарантируем высокое качество, обеспечиваем вам компанию прекрасных дам с шикарными фигурами, которые развлекут вас и составят вам компанию.
Услуги, которые мы предоставляем, безупречны - дамы для эскорт-услуг хорошо выглядят, сексуальны, элегантны, умны, обладают хорошим воображением, чувством юмора и смогут справиться с любой ситуацией.
Это обычные молодые дамы, ведущие обычный образ жизни. Они иногда предлагают эскорт-услуги, потому что им интересна компания утонченных господ, они любят путешествовать и способны украсить жизнь любого посетителя. Молодые дамы образованны, некоторые из них еще учатся, а другие работают профессиональными моделями. Они полны энтузиазма и могут предложить вам именно то, что вы хотите.
Встретившись с дамой из наших эскорт-услуг, вы почувствуете, будто только что встретили старого друга.
Наши шикарные дамы ошеломят вас своей молодостью, элегантностью, чувственностью, и вы, конечно же, останетесь довольны их услугами. Вы сможете сами убедиться, что мы придерживаемся очень высоких стандартов и сотрудничаем с самыми красивыми девушками».


Turxan Qarışqa: "Təklf edirəm, Bakıda fəaliyyət göstərən ESCORT xidmətinin adını BASAN xidmət qoyaq:)))"

Метки:

no comment

"...Məsələn, Bakıdan təyyarəyə minib Amerikaya gedirsən. Təyyarə havada dayananda, Amerika özü sənin yanına gələcək. Amma Amerika sənin yanına gəlmir. Məcbur olursan ki, Amerikaya 7-8 saat uçasan. Əgər bu fırlanırsa, çıxaq yuxarıda dayanaq, hansı ölkəni istəyiriksə, bir neçə saata özü gələcək. Alimlərin gəldiyi nəticə budur”.


ekrem hesenev

12 фев, 2015

Ukrayna da dövlət başçısı sarıdan bəxti gətirməyən ölkədir. Müstəqillik əldə etdikdən sonra bir dənə də olsun normal prezidenti olmadı bu ölkənin. İndiki də özünü siyasi cəhətdən çox zəif olduğunu hər addımbaşı görsədir. Avropaya, ABŞ-a ümid olub Putinə xox gəlmək yox, onunla dil tapmaq lazımdır. Trotski demişkən, reallığı dərk etmək qələbənin yarısıdır.

P.S. Gedib Lukaşenko və Nazarbayevdən öyrənsinlər:)

Метки:

Ölkədə dini xürafatın, cəhalətin, dələduzluğun baş alıb getdiyi, falçıların, manısların, mollaların meydan suladığı bir zamanda seçki qanunvericiliyinə hökmən düzəliş olunmalıdır. Necə ki, seçilən şəxsə müəyyən tələblər və məhdudiyyətlər qoyulur, seçən şəxsə daha ciddi tələblər qoyulmalıdır. 18 yaşı tamam olmuş və falçıların, manısların, mollaların qoyun sürüsü kimi idarə etdiyi kütlənin əlinə seçki bülleteni verib ölkənin taleyini təhlükə altına atmaqmı olar?

piti

Eşitdiyimə görə, ermənilər indi də pitini oğurlayıblar. Əslində biz pitini içərisinə kartof atılaraq bişirilib bozbaşa döndərilən gün itirmişik.

4 фев, 2015

Bu gün Poladın 70 yaşı olur. Bu münasibətlə səhər fb-də yazdığım status:

Düşünürəm ki, Polad Bülbüloğlu da öz dövrünün manısı olub. Əlbəttə, zövqü korlanmış, mədəni səviyyəsi sovet adamından dəfələrlə aşağı enmiş bugünün insanı üçün Polad müğənni olaraq böyük sənətkar hesab olunur. Bir vaxtlar zövqlə dinlədiyim Polada bu gün qulaq asa bilmirəm. Polad bəstəkarlığından başqa heç bir məna kəsb etmir mənimçün. Görünür, yaş öz işini görür, heç Bülbüllə Rəşidi dinləməyə hövsələm çatmır, o ki qaldı Polad ola.

Метки:

Dünən keçirilən iclasda Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin səsvermə hüququ qurumun aprel sessiyasına qədər dondurulması, həmçinin Rusiya nümayəndə heyətinin Assambleyanın Daimi Komitəsi və Sədrlər Komitəsindəki iştirakının dayandırılması haqqında qərarın əleyhinə səs verənlənlər arasında Azərbaycanın da olması sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.

Açığını deyim, nümayəndə heyətimizin addımını ciddi şəkildə və arqumentlərlə qınayanlardan fərqli olaraq, Azərbaycan tərəfinin addımını doğru və praqmatik hesab edirəm. Onsuz da səsimizin qərarın taleyinə heç bir təsirinin olmadığını bildiyimiz halda, nədən Rusiyanı gələcəkdə fakt qarşısında qoymaq şansını itirməliyik? Siyasət emosiya və hisslərlə yox, soyuqqanlı addımlarla yürüdülər.

Метки:

ΣΥΡΙΖΑ

Bu gün səhər fb-də bu statusu yazmışdım:

Dünən Yunanıstanda keçirilən növbədənkənar parlament seçkilərində solçuların, daha doğrusu, populistlərin qalib gəldiyi bildirilir. O adamlar ki, əhaliyə sərt qənaət tədbirlərini və banklara olan kredit borclarının böyük qismini ləğv edəcəklərini vəd ediblər. Nəzərə alsaq ki, dünya tarixi bank sektoru ilə belə zarafatı bu vaxta kimi heç bir dövlətə bağışlamayıb, onda Yunanıstanın fatihəsini indidən vermək olar. Hətta o qədər məsuliyyətsizləşiblər ki, AB-ni avrozonadan çıxacaqları və aldıqları kredit borclarını qaytarmayacaqları ilə hədələyirlər. Əslində bütün baş verənlər bir daha sübut etdi ki, nə neçə min illik dövlətçilik ənənəsi, nə qədim sivilizasiya, nə antik yunan mədəniyyəti, nə Arximed qanunu, nə Evklid həndəsəsi, nə Hippokrat andı, nə Herodotun tarixi, nə Strabonun coğrafiyası bugünkü yunan insanın düşüncəsini realistik formalaşdıra bilməyib. Bu, öz keçmişinin romantikası ilə yaşayan bütün xalqlara nəticə çıxarmaq üçün çox gözəl örnək ola bilər.


P.S. Yunanıstanın düşdüyü vəziyyətdən çıxmasının yeganə çıxış yolu Türkiyənin ətəyindən bərk yapışması ola bilər:)

Метки:

Bu gün fransız karikaturistlərinin çəkdikləri siz inanclı müsəlmanlara necə təsir edirsə, 7-ci əsrdə Məhəmmədin Kəbədəki bütləri sındırması da o dövrün bütə sitayiş edənlərinə o cür təsir edirdi.
Nasistlərin faşizmi, SSRİ-nin kommunizmi, ABŞ-ın demokratiyanı yaymaq adı ilə təsir və ya işğal etdiyi ərazilərdə elədikləri vəhşiliklər nədirsə, ərəblərin islam pərdəsi altında işğal etdikləri ərazilərdə elədiklərinin eynisidir, artıq deyil ki, hələ əksikdir. Bir az başınızı soxduğunuz qumun altından çıxarın dünayaya aydın gözlə baxmağa çalışın. Sizin inandığınız dəyərlər başqaları üçün mütləq deyil, sadəcə, mövcudluqdur, ayrı heç nə. Öz ayıbına kor olub otumaq da yaxşılığın bir növüdür...

Метки:

Kor ərəbin mahnısı

ilk ifaçısı Məmmədəli ƏliyevСвернуть )

Məsud Əmir SepehrСвернуть )

Alim QasımovСвернуть )

Mənsum İbrahimovСвернуть )

Nə eşq olaydı, nə aşıq,
nə nazlı afət olaydı!
Nə xəalq olaydı, nə xaliq,
nə eşqi-həsrət olaydı!
Nə dərd olaydı, nə dərman,
nə sur olaydı, nə matəm!
Nə aşinayi-vüslət,
nə bari-firqət olaydı!

Könüldə nuri-məhəbbət,
gözümdə pərdeyi-zülmət!
Nə nur olaydı, nə zülmət,
nə böylə xilqət olaydı!
Tükəndi taqəti-səbrim,
ədalət et, ədalət!
Nə öncə öylə səadət,
nə böylə zillət olaydı!

P.S. Simfonik orkestrin müşayiəti ilə çox möhtəşəm alınır. Alim ortaya muğam soxmasa olmur də:) Təbrizlilərin ifasının isə ayrı yeri var. 

Метки:

Uzun müddət əllə yazmaq vərdişindən uzaq düşdüyümdən, 10 sətirlik yazını güclə yazdım. Üstündə nöqtəsi olan hərflər ki, lap zəhləmi tökdü. Hələ bu, latın qrafikalı əlifbadır. Gör indi ərəb qrafikalı əlifbadan istifadə etsəydik, nə zülmlər çəkəsiydik. Zarafat deyil, hələ 500 il əvvəl Füzuli ərəb əlifbası haqqında görün nə gözəl deyib: "Gah bir nöqtə qüsurilə gözü ko(u)r eylər".

Метки:

Babək kimdir?

ANS-də yayımlanan və bu mövzusu Babəkə həsr olunmuş "Şəxsiyyət vəsiqəsi" verilişi neçə gündür facebook`un əsas müzakirə obyektinə çevrilib. Ən müxtəlif mövqelər ortaya qoyulub: Babəki kafir elan edən kim, qəhrəman edən kim, türk edən kim və s. Hələlik bəyəndiyim Erkin Qədirlinin

mövqeyidirСвернуть )

hacı və məşədi olan nazirlərimiz

SİYAHI


Nəqliyyat naziri Ziya Məmmədov Məkkədəki Kəbə ziyarətində olub. Azərbaycanın tanınmış pirlərində, o cümlədən Mir Mövsüm Ağanın ziyarətgahında da olub. Nəqliyyat Nazirliyindən deyiblər ki, Ziya Məmmədov müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimi yaxşı bilir. Eyni zamanda, Ziya Məmmədovın ən çox sevdiyi hədiyyə  Qurani-Kərim kitabıdır.

Bu vaxta qədər müqəddəs yerləri ziyarət etməyənlər arasında  daxili işlər naziri Ramil Usubov, səhiyyə naziri Oqtay Şirəliyev, Mərkəzi Seçki Komisiyyasının sədri Məzahir Pənahov var.



Sonuncu 3-lüyə rəğbətim yarandı, cəhənnəmdə bir yerdə olacağıq:)

Ankarada

İlham Əliyevin xəlifə-sultan Ərdoğan tərəfindən rəsmi qarşılanma

TÖRƏNİ (MƏRASİMİ)


P.S. Linkdəki videoçarxı izləməyi unutmayın!!!

"uçan adam"

Coşqun Eldaroğlu: "Məktəbdə yaxşı müəllimlərim olub. Təkcə riyaziyyatı, kimyanı, ədəbiyyatı öyrətməklə işlərini bitmiş saymayıblar, həyatı da öyrətməyə çalışıblar. İndi baxıram kimlər işləyir o məktəblərdə. Vaxtında düz-əməlli oxumayanlar dərs keçməyə başlayıb. Müəllimin ayağının falçıdan kəsilmədiyini eşidəndə bilmirsən, nə fikirləşəsən. Təsəvvür eləyin, 25-30 il əvvəl düşünürdük ki, müəllimlər ayaqyoluna getmir. Hardan hara gəldik.

Читать дальше...Свернуть )


P.S. Yeri gəlmişkən, eşitdiyimə görə, Mikayıl Cabbarovun təyinatından sonra Təhsil Nazirliyində həcc ziyarətində olanlara xüsusi rəğbət göstərilir.

THE WORLD BANK

Jobs Challenge Azerbaijan

db

Skilled Labor Force

In Azerbaijan, access to basic education – grades 1 to 9 – is almost universal and equitable. However, the country has not yet seen a visible improvement in terms of student performance at the general education level. For example, in the 2009 Program for International Student Assessment (PISA) test for 15-year olds, Azerbaijan did very poorly: out of 65 countries, it ranked 64 in reading, 63 in science, and 45 in mathematics.

With regard to tertiary education, Azerbaijan’s government has initiated limited reforms, resulting in limited access and quality. The enrollment rate in university and college education is around 20 percent, which is low for an upper-middle income country, especially when when compared with 25.5 percent for middle income countries and 33.4 percent for upper middle income countries.

Access to tertiary education is not only limited, but also inequitable. In terms of quality, 54 percent of business firms indicated that lack of adequate skills and education of workers is a major obstacle, according to the latest Business Environment and Enterprise Performance Survey (BEEPS). An “inadequately educated workforce” is considered the third most problematic factor for doing business, after corruption and tax rates.

Although Azerbaijan’s overall ranking in the 2014-2015 Global Competitiveness Index is 38th place, the country’s ranking for the higher education and training pillar is only 90th, while the health and primary education pillar is ranked even lower at 104th.

Barak Obamanın ikiüzlülüyü

Bunu mən demirəm haaa, rəsmi dövlət qəzeti olan "AZƏRBAYCAN" qəzeti yazıb:)

Yadıma bir lətifə düşdü.

Fil dənizdə çimir, qarışqa da gəlib başlayır bağırmağa:
- Fil, ay fil, tez çıx sudan!
- Niyə?
- Ala, sənə demirəm çıx?!!
- Niyə eee?
- Ala, bu saat səni ayağımın altına salacam haaa.
- Hə, çıxdım sonra?
- Bağışla, get çim. Elə bildim plavkimi sən geyinmisən.

10 янв, 2015

Baxmayaraq ki, müsəlmanlar götlərini su ilə yuyurlar, amma yenə də iy bunlardan gəlir. 

Метки:

Günel Mövlud:

- Xristiansan?
- Hə.
- Pravoslavsan, yoxsa katolik?
....
- Müsəlmansan?
- Hə.
- Sünnisən, ya şiə?
...
- Buddistsən?
- Hə.
- Qardaş, txerevadaçısan, yoxsa maxayanaçı?
...
- Homoseksualsan?
- Hə.
- Aktivsən, yoxsa passiv?


Bəlasınız siz, bəla. Xilas ola bilmədik sizdən. Hamınızın allahı elə özünüzə lənət eləsin!

Метки:

Rəhman Bədəlov:

“Bu hadisə məni o qədər sarsıdıb ki...Bu, çox dəhşətli hadisədir, ümumiyyətlə müsəlman dünyasında baş verənlərə çox sarsılıram. Mən çox kədərlənirəm, təəssüf edirəm ki, Bakıda bu hadisəyə sevinən insanlar var. Mən o jurnalın karikaturalarına baxmamışam, baxmaq da istəmirəm, məsələ karikaturada deyil. Nonkonformist bir jurnaldır və nəinki Məhəmmədin, həm də İsanın karikaturalarını da verirlər. Mövqeləri də budur ki, hər insandan hər hadisədən karikatura etmək olar. Toxunulmaz zona yoxdur. Onlar bu prinsipi seçiblər: qapalı zona yoxdur.

Mən də bu prinsipin davamçısıyam. Mən qərbçiyəm. Mən istəyirəm ki, Azərbaycanda avropaçılıq qələbə çalsın. Mən istəyirəm ki, onların bu amansız reaksiyasına da amansız reaksiya olsun. Mən buna birmənalı münasibət göstərirəm. Gərək bunlar belə etməyəydi filan deyə bilmərəm. Mən qəhrəman deyiləm, qəhrəman olsam şəhərə çıxıb etiraz edərdim. Yaşlıyam, evdən çıxmıram, onlardan da qorxuram. Qaldı inanclara hörmətə... Mən çıxıb buna gülüb, nəsə deyirəmsə qoy o da eynisini etsin. Hörmət budur. Mən öz azadlığımı müdafiə etməliyəm.

Baş verən hadisə aqressiyadır, təcavüzdür. Belə hadisə xristian aləmində də olub. Amma orada Qudellə Kalvin islahatlar etdiyinə görə xristian aləmi bunlardan keçib. İslamda təəssüf ki, bunlar olmayıb. Bilirəm, islamda elə adamlar var ki, onlar bu vəziyyətlərlə razı deyillər, amma qorxurlar, küçədə bunu deməkdən qorxurlar. Çünki islamda küçə qalib gəlib. Küçənin də qələbə çalmağı dəhşətli bir hadisədir".

Fransada baş vermiş terror hadisəsinə tanınmışların münasibəti

UPD


"Əgər biz öz jurnalımızda Papadan Parlamentə qədər Fransadakı hər şey haqda karikatura çəkə biliriksə, əgər biz Fransada İslamdan başqa hər şey haqda danışa biliriksə, bu, cansıxıcıdır. İslam - mətbuat azadlığından çıxarılmamalıdır”, - jurnalın baş redaktoru Stephane Charbonnier.

Təbriz aşıqları

Aşıq Çingiz Mehdipur. Çox maraqlı və savadlı adamdır. Bakıda şəxsən görüşmüşəm onunla. Adam bütün saz havalarını nota köçürüb İranda əski əlifbada kitab şəklində nəşr etdirib. İstəyirdi ki, latın qrafikasında da kitab Bakıda nəşr olunsun...

Yanıq KərəmСвернуть )


aşıq Məhbub Xəlili

Dağlar ÇiçəyiСвернуть )

P.S. Biz də deyirik ki, Quzeydə aşıq məktəbi var:)

düz demirəm?:)

Bunu fb-də status olaraq yazmışdım, burada da paylaşıram:)

Qanunvericiliyi hüquqşünaslar yazanda belə olacaq də. Dəfələrlə qeyd etmişəm ki, qanunların dili həddindən artıq bərbaddır, bu öz yerində, həm də ciddi məntiqsizlik, maddələrin bəndlərinin bir-biri ilə ziddiyyət təşkil etməsi də çəkilməsi mümkün olmayan ayrı bir dərddir. Dostluğumda olan hüquqşünaslar inciməsin, gəlin qanunların yazılmasını fiziklərə, redaktəsini də riyaziyyatçılara tapşıraq, görün qanun deyilən şey necə olur. Oxuyun, öyrənin, ləzzət alın...

Метки:

tez gəl

Öz dilində məktəbin, təhsilin olmasın, amma ortaya belə bir akademik ifa qoyasan. Hələ siz həm zərb, həm nəfəsli, həm də xalq musiqi alətlərindən ibarət ansambla və xorun ifasına fikir verin. Bir sözlə, möhtəşəmdir. Şimalda papaq altda oğlanlar varsa, cənubda da çadra altında xor oxuyan qızlar var eee:)

dinləyin, sonra yatınСвернуть )

ingiliscə-azərbaycanca lüğətdən:)

inconstant — alax-bulax.


"alax-bulax" sözünü ilk dəfədir ki, eşidirəm:) Sözünün üstündə durmayan, fikrini tez-tez dəyişən adamlara, yəni azərbaycanlılara alax-bulax deyilirmiş:)))

Метки:

RIP (fake)

Ricky MartinСвернуть )


zato bizim manısların hamısı hələ də oksigen tükədir:(

UPD


Ricky Martin is not dead

Метки:

3 янв, 2015

Həm fərd, həm də toplum olaraq özümüz öz taleymizi, həyatımızı sərbəst şəkildə qura bilməməyimizdəndir ki, ümidimizi kiməsə, nəyəsə, bütün hallarda isə ilahi qüvvəyə bağlayırıq. Məsələn, ADNA-nın rektoru ölüb, indi də oturub kreslolarına mıxlanmış digər rektorların ölümünü gözləyirik. Çünki onları dəyişdirmək imkanına sahib olduğumuz haqqında düşünmürük. Yaxud neftin qiyməti getdikcə düşür, gözləyirik ki, RF də vaxtilə Çar Rusiyası və SSRİ kimi kimi dağılsın, bəlkə bizim yenidən ADR və AR kimi nəsə qazanmaq şansımız yaransın. Ona görə də təklif edirəm ki, oturub nəyisə gözləməkdənsə, heç olmasa Seyid Əzim Şirvaninin "Allaha rüşvət"ini, yaxud qarğışları bərpa edək. Onsuz da qorxanda çıldağa gedən, quraqlıq olanda yığılıb yağış duası edən, olan-qalanımızı falçı və manıslara yedirdən toplumuq. Hətta müqəddəs kitab da yazdıqlarımı təqdir edir:)

"Əbu Ləhəbin əlləri qurusun, qurudu da! (Və ya: Əbu Ləhəbin əlləri qurusun, o ölsün!)
(Qiyamət günü) ona nə mal-dövləti fayda verəcək, nə də qazandığı (və ya: oğul-uşağı).
O, alovlu atəşə girəcəkdir.
Onun odun daşıyan (Peyğəmbərlə düşmənçilik edən, adamlar arasında söz gəzdirən) övrəti də həmçinin!
Onun (övrətinin) boğazında xurma lifindən hörülmüş ip (və ya: yetmiş arşın uzunluğunda zəncir) olacaqdır!"
Bax belə, kritik dönəmlərdə ateistlərə etibar etmək olmaz:)))
Görəsən, cinayət, yaxud inzibati xətalar məcəlləsində qarğışa görə hər hansı məsuliyyət nəzərdə tutulur?:)

qoyun ilinə ithaf olunur

Gəzəcək bir il adın dildə-dodaqlarda qoyun,

Qoyacaqsan bəşəri xeyli maraqlarda qoyun.

Onki ildən bir olur bir belə fürsət səndə,
Dolaşırsan kabinetlərdə, otaqlarda qoyun.

Kasıbı, fağırı hər kim ki, sənə tay eləyib,
Sənə həmtay olacaq bir gün ayaqlarda qoyun.

Ağ qoyun, qarə qoyun, mən başımı hara qoyum,
Bu tövrlə çoxu çaş qaldı o dağlarda qoyun.

Ölkənin təhsilini harda ki, rüşvət buruyub,
Orda müəllim də, direktor da, uşaqlar da qoyun.

Neçə illərdi ki, insan ilini gözləyirik,
Bir qədər biz də yataq isti yataqlarda, qoyun.

O qulaqlar ki, açılmir Hacı Pünhan sözünə,
Boynuvun zinqrovun as o qulaqlarda qoyun.


Baba Pünhan

Метки:

TİR —

Türkiyə İslam Respublikası?

...Türkiyədə son illərdə İslama olan maraq sürətlə artmaqdadır. Siyasi hakimiyyətin bu məsələdə rolu inanılmaz böyükdür. Osmanlı İmperiyası sonrasında dünyəvilik istiqamətində yol alan Türkiyə Cumhuriyyəti vətəndaşları dini inanclarını əks etdirən və liderlərinin din qaydalarına əməl etdiyi hökumətə ilk dəfə Ədalət və İnkişaf Partiyası (AKP) simasında rast geldilər. Bu səbəbdəndir ki, ölkə daxilində müxaliflər hökuməti hər nəylə də ittiham etsələr xalq özündən biri olaraq gördükləri iqtidara arxa çıxır və hər seçimdə səslərini böyük çoxluqla ona verirlər. Hökumət də siyasətində dini rıçaqları hər zaman aktiv şəkildə istifadə edir, büdcə xərclərində sosial inkişafla bərabər dini aktivitələrə də maliyyə ayırır. Misal üçün qeyd edək ki, bu ilin Türkiyə dövləti büdcəsindən Diyanət Başkanlığına 5 milyard 442 milyon pul ayrılıb. Bu məbləğ on üç nazirliyin büdcəsindən daha çoxdur. Hətta 9 nazirliyin toplam büdcəsi Diyanət Başkanlığı büdcəsindən daha azdır.

İslam dini Türkiyədə təhsil sferasında da bariz aktiv mövqeyini qorumaqdadır. Orta təhsildə dini təmayüllü məktəb funksiyasını yerinə yetirən İmam Hatip məktəbləri gün keçdikçə çoxalmaqdadır. AKP hakimiyyətə yeni gəldiyində Türkiyədə cəmi 450 İmam Hatip məktəbi və onların da 71 min şagirdi vardı. On iki il keçdikdən sonra rəqəmlər həddindən artıq böyük fərqlə dəyişdi. Hal hazırda ölkədə 2087 İmam Hatip məktəbi fəaliyyət göstərir. Təxminən yarım milyon şagird İmam Hatip məktəblərində təhsil almaqdadırlar. Dini təmayülü olmayan digər orta məktəblərdə isə Din kültürü dərsləri tədris edilir.

Ali təhsil müəssisələrində də İslam dini tədrisi olduqca yayılıb. Demək olar ki, Türkiyədə fəaliyyət göstərən bütün ali təhsil müəssisələrində Din Kültürü dərsləri tədris edilir. 41 ali təhsil müəssisəsi isə İlahiyyat fakültələri ilə ölkə üçün dini kadrlar yetişdirməkdədirlər. Eyni zamanda Diyanət xətti ilə Misir kimi ölkələrə hər il yüzlərlə tələbə məhz İlahiyyat oxumaq üçün göndərilir.

Bu rəqəmləri ilk gördüyümdə türk gəncləri niyə dini təhsil almaq istəyir sualı maraq hissi oyatdı. Daha sonra Vaiz işləyən bir qohumun aldığı maaşı öyrənincə məsələ mənə də aydın oldu. Bu gün Türkiyədə minimum əmək haqqı 1134 lirədir. Bir müəllim orta hesabla 2200 lirə maaş alır. Amma dini xidmət göstərən məmurlar içərisəndə ən az maaş alan məscid mollası 2420 lirə əmək haqqı ilə mükafatlandırılır.

Türk xalqının böyük çoxluğunun İslama olan sevgisi haqqında yuxarıda yazmışdıq. Türk qadının da İslamı geyimində yaşatmaq arzusu səmimi və könüllüdür. Şərtlər imkan verdikcə və siyasi hakimiyyətin dini inanclılara münasibəti yumşaldıqca baş örtüsü taxan qadın sayı getdikcə artmaqdadır. 2003-cü ildə Türkiyədə 14,6 milyon qadın başörtüsü taxırdısa, bu gün 17,9 milyon qadın hicablıdır...

?:)

Для нумерации страниц энциклопедического словаря потребовалось 6869 цифр. Сколько страниц в словаре?

P.S. Ya Google, sən özün kömək OLMA!:)

Метки:

Latest Month

Сентябрь 2016
Вс Пн Вт Ср Чт Пт Сб
    123
45678910
11121314151617
18192021222324
252627282930 

Syndicate

RSS Atom

sayğac




MyCounter - sayğac və statistika


free counters


Афоризмы


Разработано LiveJournal.com
Designed by Lilia Ahner