?

Log in

No account? Create an account

Previous Entry | Next Entry

fb-dən seçmələr

Bir neçə gündür ki, sosial şəbəkələrdə Biləsuvar RİH-ın başçısının ali təhsil diplomunu 42 yaşında "Naxçıvan" universitetindən alması, əvvəllər kafe, çayxana işlətməsi qınaq və lağ obyektinə çevrilib. Niyə?

Elə son günlər bundan daha maraqlı hadisə baş verib. Azərbaycan MEA-nın müxbir üzvü, keçmiş SSRİ-nin dövlət mükafatı laureatı, texnika elmləri doktoru, ingiliscə tum kimi çırtlayan Rafiq Əliyev son müsahibəsində fələkdən-mələkdən dəm vurub. Təsəvvür edirsinizmi, adam texnika elmləri doktorudur:)

Sizlərdən fərqli olaraq, icra başçısının diplomu zadı məni qəti maraqlandırmır, əsas odur ki, adamı dinləndirin görüm nə danışır. Məşhur aforizmlərdə deyildiyi kimi "danış görüm sən kimsən?". Bəlkə adam akademikdən daha ağıllı danışacaq ki, mən buna şübhə etmirəm.

Diploma qalsa, ölkədə ali məktəblərin flaqmanı hesab olunun BDU-da sizə istənilən qədər cahil professor-müəllim göstərə bilərəm, hələ tələbə heyətindən heç danışmıram.

P.S. Statusun inancla qəti əlaqəsi yoxdur. İnanc yataq kimi məhrəm bir mövzu olmalıdır, istər alim üçün, istərsə də fəhlə. Fələk-mələk isə sahəsindən asılı olmayaraq, qəti alim sözü deyil.



**********************************************************************************************************************


Viki mənbələrdə qeyd edilir ki, George Washington ABŞ-da masonluğun ilk qurucularından biri hesab olunur. İnsanlar necə paxıl və qərəzli olarmış. Adam dünyanın ən əzəmətli dövlətinin qurucusu olsun, sən də dur utanmadan adını mason qoy:) Masonların cəddi tutsun sizləri:)

P.S. Atatürkü də mason hesab edənlər var. Harada uğurlu bir şəxsiyyət varsa, hökmən adına mason yarlığı yapışdırılmalıdır.

Метки:

Latest Month

Сентябрь 2016
Вс Пн Вт Ср Чт Пт Сб
    123
45678910
11121314151617
18192021222324
252627282930 

sayğac




MyCounter - sayğac və statistika


free counters


Афоризмы


Разработано LiveJournal.com
Designed by Lilia Ahner