?

Log in

No account? Create an account

Previous Entry | Next Entry

17-ci əsr

Əvvəl də toqquşmalar olub, amma mahiyyət etibarilə hər şey 17-ci əsrin axırlarından başlayır.

Yəni, Pyotrun hakimiyyətə gəlməsi ilə, başqa sözlə Rusiyanın imperiyaya çevrilməsindən sonra Osmanlı ilə tarixi düşmənçilk təbii olaraq qaçılmaza çevrilir.

18-ci əsr

18-ci əsrdə bu toqquşmaların sayı artır. Bütün bu dövr Rusiyanın modernləşməsi, başqa sözlə avropalaşması, Osmanlının isə durğunluq və tənəzzül dövrüdür.

O dövrdə Avropada coğrafi olaraq Osmanlıya yaxın ən böyük dövlət absolyuitist Habsburq Avstriyası idi ki, bu ölkənin paytaxtını bab-i-ali iki dəfə almağa çalışmış, lakin uğursuzluğa düçar olmuş, bununla da Osmanlının əzəmətinin çöküşü başlamışdı.

18-ci əsr boyu Avstriya ilə Rusiyanın Osmanlıya qarşı birləşməsi halları da olmuşdur.

Beləliklə, 18-ci əsrin son iki Osmanlı-Rusiya müharibəsi, birincinin artıq müqavimət göstərmək imkanlarının tükəndiyini meydana qoyurdu.

Lakin əsrin sonlarından Qərbdə balans və siyasətin mahiyyəti dəyişməyə başlayır ki, bunların da hadisələrə ciddi təsiri olur.

Amerika və Fransa inqilabları, Maarifçilik Qərbin kimliyini dəyişir. Absolyutizm və katolisizm gücdən düşür.

19-cu əsr

19-cu əsrdə sırf struktur reallığı kimi Osmanlı ilə Rusiyanın münasibətləri daha da kəskinləşir. Osmanlının sporadik uğurları olsa da, Rusiya maşını cənub qonşularını daha böyük güclə sıxışdırmaqda davam edir.

Fransa inqilabı və Napoleon Avropa daxilində böyük struktur dəyişikliklərinin əsasını qoyur.

1798-ci ildə Osmanlı yalnız Avropanın silahı ilə deyil, həm də Napoleonun daşıdığı Fransa inqilabı ideyaları ilə də konfrontasiya dövrünə qədəm qoyur.

Napoleonun şərqə hücumu nə qədər qəribə də olsa, məğlub etdiyi Prusiyanın inkişafına səbəb olur. Təhkimçiliyin ləğvindən tutmuş, proqressiv ideyaların əxzinə kimi baş verən dəyişikliklər alman irsi uğrunda mübarizədə Prussiyanın Avstriya imperiyasını üstələməsinə və sonda elə Fransa üzərində də qələbəsinə gətirib çıxarır.

Əksinə, Napoleonun Rusiyada məğlubiyyəti sonuncunun reformasiyasının qarşısını alır. Təhkimçilik yalnız yarım əsr sonra, 1861-ci ildə ləğv edilir. Absolyutizmə son qoymaq üçün proqressiv zadəganların 1825-ci il üsyanı uğursuzluğa düçar olur. Bu zadəganlar vaxtilə Napoleona qalib gəlsələr də, Fransa inqilabının pozitiv təsirindən kənarda qala bilməmişdilər. Ona görədir ki, bu vətənpərvərlərin bəziləri məhz Napoleona qalib gəlmələrini indiki uğursuzluqlarının başlanğıc nöqtəsi kimi görürdülər. Napoleon üzərində qələbə rus absolyutizmini xeyli gücləndirmişdi. Amma dekabristlərin məğlubiyyəti heç də onların ideyasının sıradan çıxması demək deyildi. İndi bu ideyalar ətrafında müzakirəyə Rus ədəbiyyatı və intellektualları qoşulacaqdılar.

Fransanın özünün isə bu dövrdə inkişafına mane olan, ölkədə bir neçə dəfə köhnə rejimi bərpa etmək cəhdləri idi. Son həmləni 3-cü Napoleon edəcək və sonda almanlara əsir düşəcəkdi.

Güclənmiş Rusiya absolyutizmi isə əsrin ortalarında Osmanlı məsələsini birdəfəlik həll etmək qərarına gəlir. Lakin Rusiyanın həddən artıq güclənməsi Avropanı biganə qoymur. Əsrlərin düşməni olan İngiltərə və Fransa Krım müharibəsində Rusiyanı məğlub edərək, Osmanlının məhvinin qarşısını alır.

Rusiya məğlubiyyətdən qismən də olsa, nəticə çıxardır. 1861-ci ildə təhkimçilik ləğv edilir. Digər xeyli Avropa standartlarına uyğunlaşdırılmış iqtisadi və hüquqi islahatlar həyata keçirilir ki, bunlar Rusiya iqtisadiyyatının sürətli inkişafına təkan verir.

1878-də Rusiyanın rəhbərliyi altında ortodoks ittifaqı bir daha Osmanlını məğlubiyyətə uğradır. Osmanlı xeyli ərazilərini itirir. Yenə də Qərbin müdaxiləsi San-Stefanonun ağır şərtlərinin Berlində nisbətən yüngülləşdirilməsi ilə nəticələnir.

Amma bu Rusiya imperiyasının ekspansionist siyasətinin sonu deyildi.

Osmanlının reforma cəhdləri isə nəticə vermir. Fransa və Rusiya misalında olduğu kimi keçmiş gələcəyə müqavimət göstərir. Özü də daha inadla, bu da sırf fərqli kimlik və irs səbəbilə anlaşılandır.

20-ci əsr

20-ci əsr bizi maraqlandıran anlamda Rusiya-Yaponiya müharibəsi ilə başlayır. Bir Avropa imperiyası bir Şərq imperiyasına məğlub olur. Bu məğlubiyyət Rusiyada inqilaba səbəb olur və azadlıqların dairəsinin daha da genişləndirilməsilə nəticələnir. Amma yenə də irtica absolyutizmin konstitusiyalı monarxiyaya çevrilməsinə imkan vermir və gələcək faciələrin qapısını açır.

19-cu əsrdə Amerika gəmi kapitanı Mettyu Perrinin Yaponiyanı özünüizolyasiya siyasətindən əl çəkməyə məcbur etməsi isə bu ölkədə Meiji inqilabı və sürətli inkişaf ilə nəticələnmişdi.

20-ci əsrin əvvəllərində Rusiya-Yaponiya ilə toqquşanda, sonuncu Uzaq Şərqdə yerləşsə də, Amerika və Fransa inqilablarının, həmçinin Avropa maarıfçiliyinin üzünü açdığı prinsipləri daha fundamental tətbiq etmiş və bunun nəticəsində daha sürətlə inkişaf etmişdi.

Osmanlı isə indi nəinki Avropa ölkələrindən, həmçinin Yaponiyadan da geri qalırdı. Balkan müharibəsi Osmanlının çıxılmazlığını əyani şəkildə nümayiş etdirirdi.

Islahatlar isə alınmırdı ki, alınmırdı. Çünki emosiya şüurun təntənəsinə mane olurdu.

1-ci Dünya müharibəsində Osmanlı ilk dəfə bütün 19-cu əsr boyu onun tam məğlubiyyətinə mane olmuş bir faktorun sıradan çıxmasının şahidi olur. Rusiya, İngiltərə və Fransa ilə bir araya gəlirlər. Osmanlı Rusiyaya müttəfiqlik təklif edəndə çarın naziri Sazonov bu təklifi ələ salmış, Osmanlını Avropanın xəstə adamı adlandırmişdı. Hərçənd heç Rusiyanın özünün də vəziyyəti ürəkaçan deyildi.

Almaniya və Avstriya-Macarıstan ittifaqının Antanta ilə toqquşmasında Osmanlının neytral qalmaq istəyi də nəticə verməmişdi. Antantanın yaranması Osmanlının sonu demək idi.

Avstriya da Osmanlı və Rusiya kimi islahat həyata keçirə bilməyən və tam yenilənməyən bir ölkə idi. Baxmayaraq ki, Birinci Dünya Müharibəsi ərəfəsindəki Vena dünyanın faktiki intellektual mərkəzi idi. Müasirləşmək istəməyən, Avropa üçün çox köhnəlmiş sayılan bir müstəbid rejimin güclü intellektual potensialın yenilənmə hərəkatı ilə toqquşmasında Avstriyanın dağılması bu gündən keçmişə baxanda labüd görünür.

Beləliklə, Antantanın yaranması Osmanlının sonuna çevrilir. Lakin Rusiyada çarizmin dağılması və Antantadan çıxması, Osmanlını tamamilə sıradan çıxıb, indiki Ankara ətrafında xırda bir dövlətə çevrilmə aqibətindən qurtarır. Hətta Rusiyanın zəifləməsi Osmanlının 1878-ci ildə itirdiyi bir sıra torpaqlarının geri qaytarımasına şərait yaradır. Atatürk yeni enerjiyə nail olaraq müharibədən yorulmuş Antanta dövlətlərini indiki Türkiyə ərazilərindən çıxarda bilir.

Amma Rusiya dövlətinin indi də Şura hökuməti şəklində dirçəlməsi, kommmunist ideologiyasının Avropaya ixracı ideyasının iflası sovetlərin çarizmin imperialist-ekspansionist xarici siyasətini bərpa etməsi ilə nəticələnir. Bu da təbii ki, Türkiyə ilə münasibətləri yenidən qarşıdurma halına gətirir. Türkiyədə millətçilik Almaniya ilə yeni emosional yaxınlığa səbəb olur.

Nəticədə İkinci dünya müharibəsində Türkiyə o qədər də ağıllı olmayan neytrallıq yolunu tutur. Tutaq ki, bütün müharibə boyu almanlara brom satır və bu dəfə canını qurtara bilməyəcəkdi, çünki yenə də köhnə qalib Antanta bir yerdə idi, Sovet İttifaqı, İngiltərə, Fransa və Amerika müttəfiq olmuşdular. Bu ittifaqın bir üzvü olan Sovet Rusiyası Türkiyəni cəzalandırmaqda israrlı görünürdü.

Lakin müttəfiq ölkələrin öz arasında ziddiyyətlər daha kəskin idi. İctimai-siyasi sistemlərin qarşıdurması var idi. Yalnız Almaniyaya qarşı düşmənçilik bunları bir araya gətirmişdi. Almaniyanın məğlubiyyəti Qərblə Rusiya arasında qarşıdurmanı bərpa edəcəkdi, soyuq müharibə başlayırdı. Yenə də Türkiyə özünü qorumaq üçün Qərblə yaxınlaşmaq məcburiyyətində qalmışdı. Qərbin də Türkiyəyə ehtiyacı yaranmışdı.

Əvvəl müharibənin sonlarına yaxın Türkiyə Çerçilin təkidi ilə Almaniyaya müharibə elan edir, sonra Qərbin köməyi ilə BMT-nin təsisçilərindən birinə çevrilir, 1952-ci ildə isə NATO-ya üzv olur.

1991-ci ildə SSRİ-nin dağılması və Rusiyanın zəifkləməsi Türkiyənin xarici siyasətinə yeni çalarlar gətirir. Türk birliyi ideyası sirkulyasiyaya girir. Lakin Türkiyə yeni istiqlal qazanmış ölkələrə Qərb demokratiyasının İkinci Dünya Müharibəsindən sonra yaranmış ideallarını ixrac edən ölkəyə çevrilə bilmir. Əksinə Rusiya təhdidinin sıradan çıxması Türkiyədə anti-qərb, anti-amerika əhvali ruhiyyəsinin artmasına səbəb olur.

İki dekada ərzində sürətli iqtisadi inkişaf və modernləşmə Türkiyənin özünəinamını artırır. Türkiyə orta əsr Osmanlı dövrü nüfuzunu bərpa etmək niyyətinə düşür.

SSRİ-nin dağılmasından sonra Avropa inqilabi yenilik edərək, köklü struktur dəyişikliyinə nail olur-Avropa Birliyi yaranır.

Lakin Rusiya təhlükəsinin sıradan çıxması Türkiyənin də strateji əhəmiyyətini qitə üçün azaldır. Avropa hətta Rumıniya və Bolqariya kimi geridəqalmış ölkələri belə birliyə daxil etsə də, Türkiyəyə qarşı ədalətsiz davranır. Halbuki Avropa Birliyinə qəbul edilsə idi, kürd problemi də indiki kimi kəskin olmazdı.

21-ci əsr

20 ildən sonra Rusiya yenidən əski imperiya idealları ilə dirçəlir. Bu ölkə siyasi cəhətdən modernləşə bilmir. Bu üçüncü rejimdir ki, avtoritarizm yolunu tutur.

Əlbəttə, indiki Rusiya Sovet İttifaqından da, Çar Rusiyasından da zəifdir. Qərb isə bütünləşmiş vəziyyətdədir. Amma buna baxmayaraq ciddi müqavimət göstərir.

Rusiyanın imperiya ambisiyaları bərpa olunursa, dərhal Türkiyə ilə qarşıdurması yaranır. Bu da təbiidir. Bu bölgədə permanent struktur dəyişikliyi baş vermir.

Avropa absolyutizmdən parlamentarizmə keçdi, sonra iki dəfə öz aralarında böyük müharibə oldu və imperiyalar dağıldı.Bu gün Avropa vahid ittifaq şəklindədir.

Bizim bölgədə isə orta əsrlərdə olduğu kimi siyasi cəhətdən modernləşə bilməyən Rusiya, İran və Türkiyə, köhnə niyyətlər, ziddiyyətlər, dəyərlər və ambisiyalar qalmaqdadır. Türkiyə 1980-dan bu tərəfə yaxşı gəlirdi, Ərdoğanın seçilməsi də əslində uğur idi. Təəssüf ki, bu siyasi qüvvə niyə Türkiyənin sürətlə inkişaf etdiyini başa düşmədi. Türkiyə istər daxildə demokratiyanın boğulması və ökədə dini idarəçilik yaratmaq niyyətləri səbəbilə, istərsə də xarici siyasətdəki tam uğursuzluğa görə yenidən təbəddülatlarla üz-üzədir. Ərdoğan ümidləri doğrultmadı.

Mövcud şəraitdə Türkiyə yenidən mümkün Rusiya qarşıdurmasından qorunmaq üçün Qərbə sığınmaq məcburiyyətindədir. Qərbin də həmçinin Türkiyəyə yenidən ehtiyacı yaranmışdır.

Bu dəfə də Türkiyə situasiyadan yaralana bilməsə, aqibəti çox çətin olacaq. Marşal fondunun son sorğusu da Türkiyənin içində bunu başa düşənlərin sayının artdığını göstərir. Türkiyənin xilası Avropaya inteqrasiyada, emosional böyüklük iddiasından əl çəkməkdə, dini siyasətdən uzaqlaşdırmaqda, millətçiliyi Avropa ölkələri misalına uyğun reforma etməkdə, liberal-demokratiyaya keçiddə, tolerantlaşmaqdadır.

Avropa da Türkiyəyə qucağını açmalıdır. Türk diplomatiyası Avropanı buna vadar, məcbur etməlidir və indiki şəraitdə bu çox mümkündür. Sadəcə AKP ağlı ilə bunun həyata keçirilməsi problematik görünür.

Fəqət yenidən yaranan yaxınlıq tələbatlndan maksimum yararlanmaq, gələcəkdə daha böyük təbəddülatlara, qeyri-müəyyənliyə yuvarlanmağın qarşısını almağın yeganə yoludur.

İran nüvə razılaşması ilə Türkiyəni ötmək şansı qazanmışdı, amma Rusiyanın Suriyaya müdaxiləsi dəngələri yenidən Ankaranın xeyrinə dəyişdi.



... Mövcud şəraitdə Türkiyə yenidən mümkün Rusiya qarşıdurmasından qorunmaq üçün Qərbə sığınmaq məcburiyyətindədir. Qərbin də həmçinin Türkiyəyə yenidən ehtiyacı yaranmışdır.

Bu dəfə də Türkiyə situasiyadan yaralana bilməsə, aqibəti çox çətin olacaq. Marşal fondunun son sorğusu da Türkiyənin içində bunu başa düşənlərin sayının artdığını göstərir. Türkiyənin xilası Avropaya inteqrasiyada, emosional böyüklük iddiasından əl çəkməkdə, dini siyasətdən uzaqlaşdırmaqda, millətçiliyi Avropa ölkələri misalına uyğun reforma etməkdə, liberal-demokratiyaya keçiddə, tolerantlaşmaqdadır.

Avropa da Türkiyəyə qucağını açmalıdır. Türk diplomatiyası Avropanı buna vadar, məcbur etməlidir və indiki şəraitdə bu çox mümkündür. Sadəcə AKP ağlı ilə bunun həyata keçirilməsi problematik görünür.

Fəqət yenidən yaranan yaxınlıq tələbatlndan maksimum yararlanmaq, gələcəkdə daha böyük təbəddülatlara, qeyri-müəyyənliyə yuvarlanmağın qarşısını almağın yeganə yoludur.

İran nüvə razılaşması ilə Türkiyəni ötmək şansı qazanmışdı, amma Rusiyanın Suriyaya müdaxiləsi dəngələri yenidən Ankaranın xeyrinə dəyişdi.


Метки:

Comments

( 3 комментария — Оставить комментарий )
egogeo
13 окт, 2015 09:39 (UTC)
3 новых слова узнал(özeti okudum) :)

кстати даже в неособо почитающих запад "исламистских" газетах пишут о том же- о необходимом союзе с западом

Qərbə-запад это тюкское, иранское?
passat33
13 окт, 2015 17:04 (UTC)
Qərbə-запад это тюкское, иранское?
egogeo
14 окт, 2015 07:30 (UTC)
Re: Qərbə-запад это тюкское, иранское?
спасибо
( 3 комментария — Оставить комментарий )

Latest Month

Сентябрь 2016
Вс Пн Вт Ср Чт Пт Сб
    123
45678910
11121314151617
18192021222324
252627282930 

Page Summary

sayğac




MyCounter - sayğac və statistika


free counters


Афоризмы


Разработано LiveJournal.com
Designed by Lilia Ahner