?

Log in

No account? Create an account

Previous Entry | Next Entry

Şortik

– Yayda 30 dərəcədən yüksək isti havada belə yerli kişilər şortik geyinmirlər. Bu, islamla bağlı ənənədir. Şortik geyinmək sizə problem yaşatmasa da, ətrafdakıların diqqətini çəkəcəksiniz.

Bu məsələ 2 il əvvəl özümlə bağlı bir hadisəni yadıma saldı. Deməli, 5-6 ildir ki, yayda nəinki evdə geyinirəm, hətta həyət-bacaya da şortiklə düşürəm. 2 il əvvəl evin yaxınlığındakı "1001 xırdavat" mağazasına şortiklə girib çox iri sellofan torba almaq istəyəndə, dükanı işlədən 70-ə yaxın yaşı olan daydayla aramızda belə mübahisə oldu:

– Bacıoğlu, sənə şortik yaraşmır, geyinməsən yaxşıdır. Tem bole, küçəyə bu cür geyinib çıxmaq yaxşı şey deyil. Arvad-uşaq var, a
yıbdır axı...

– Niyə dayday? Bir də ki, nəyin yaraşıb-yaraşmadığını siz yox, mən müəyyən edirəm. Kimsənin də arvad-uşağına sataşmıram.

Bu sözümdən sonra kişinin sifəti daha da tutuldu və dodağının altında öz-özünə donquldanaraq, 5 qəpiklik torbaya məndən 30 qəpik pul aldı. Mən də "dayday, ayıb
5 qəpiklik torbaya 30 qəpik almaqdır, şortik geyinmək yox" deyib mağazadan çıxdım:)

Метки:

Comments

( 4 комментария — Оставить комментарий )
ver_tigo
12 июн, 2015 09:05 (UTC)
goresen insanin bu cur dushunmeyin processi nece yaranir?! т.е. как мозг взрослого человека генерирует эту мысль, когда кругом и без этого полый пиз*ец на дворе?
chox maraqli di mene
passat33
12 июн, 2015 09:23 (UTC)
ictimai münasibətlərdən, mental dəyərlərdən. zaman keçdikcə yoluna düşəcək. indi həyətimizdə gənclərin çoxu şortik geyinir və göz öyrəşir. qocalar da şortikə öyrəşir yavaş-yavaş:)
aiseli
12 июн, 2015 20:40 (UTC)
Точно так же ненавижу уроки патриотизма
-Покажите вон то платье
-Oz dilimizde danisin, biz axi azerbaycanliyiq!
Что за наглость?? Не понимаешь, так и скажи, без нотаций чужому человеку.
passat33
13 июн, 2015 07:07 (UTC)
razıyam, doğru deyirsiniz
( 4 комментария — Оставить комментарий )

Latest Month

Сентябрь 2016
Вс Пн Вт Ср Чт Пт Сб
    123
45678910
11121314151617
18192021222324
252627282930 

sayğac




MyCounter - sayğac və statistika


free counters


Афоризмы


Разработано LiveJournal.com
Designed by Lilia Ahner