passat33 (passat33) wrote,
passat33
passat33

The end



ABŞ-ın, Qərbin mədəniyyətini əxz edib, kitablarını oxuyub, texonologiyasından istifadə edib, ali məktəblərində təhsil almağa can atıb, şəhərlərində istirahət edib və bu gün səddamları, qəddafiləri layiq olduqları cəzaya çatdırdıqlarına görə Qərbə, ABŞ-a cinayətkar, öz maraqlarını güdən yaramazlar deyən özünü oxumuş, savadlı hesab edən adamların cındır arqumentlərinə fikir verin: Səddamın, Qəddafinin vaxtında əhali sabit və firavan yaşayırdı, bundan sonra xaos, anarxiya xalqın gününü qara edəcək. Bu arqumenti gətirən adamların nəzərinə çatdırıram ki, qəhrəman, "mujik" hesab etdiyiniz Səddamın sabit və firavan ölkəsində 1 gündə qətlə yetirilən günahsız insanların sayı indiki xaosun hökm sürdüyü (bu da onların uydurmasıdır. Halbuki İraq əməlli-başlı seçkili orqanları formalaşmaqda olan dövlətə çevrilir) İraqda 1 ayda ölənlərin sayından çox olub. Qəddafi özü elə yaxşı oğlan, ölkəsi də elə ləzzətli idisə, onda nədən ən adi istirahətinizi belə Benqazidə, Tripolidə yox, cinayətkar hesab etdiyiniz İspaniyada, İtaliyada, Fransada, ABŞ-da keçirirdiniz? Adam da Qəddafi kimi kişinin gözəl vətənini qoyub, Hollandiyanı gəzməyə gedər? Nə isə, o qədər suallar var ki...

Yaxud Qəddafidən mujik düzəldib şəninə tərif yağdıranlar əsas gətirirlər ki, axıra kimi döyüşərək öldü. Daha demirlər ki, onu kanalizasiya borusundan zorla dartıb çıxarıb, sonra başına güllə çaxıblar. Səddamı bir quyuda saqqalına bit düşmüş vəziyyətdə, Qəddafini isə siçovul kimi kanalizasiyada gizlənən yerdə tapdılar. Amma heç birinin gündəyməzi çatmadı ki, son anda özlərinə qəsd edib heç olmasa abırlı bir yerdə ölsünlər... 

P.S. Qara kütlənin müsəlman təəssübkeşliyindən doğan Səddama, Qəddafiyə sevgisi, ABŞ-a və Qərbə olan nifrəti onsuz da məlumdur...


Tags: debillər seriyasından
Subscribe

  • Post a new comment

    Error

    Anonymous comments are disabled in this journal

    default userpic

    Your reply will be screened

    Your IP address will be recorded 

  • 6 comments