passat33 (passat33) wrote,
passat33
passat33

Bu da sizə "parlament"!

Bəli, "seçkilər" bitdi. Bu "seçkilər"də ən çox bəyəndiyim şey bir ayağı müxalifətdə, bir ayağı da iqtidarda olanlara İlham Əliyev tərəfindən "bb!" komandasının verilməsi oldu. Son ana qədər yal gözləyənlərin bütün ümidləri puç oldu. Onsuz da əvvəlcədən hamı bilirdi ki, nə İsa Qəmbəri, nə Əli Kərimlini, nə də digər mövqeyi aydın siyasiləri parlamentə heç vaxt buraxmayacaqlar.
Hanı Cümşüd Nuriyev, Araz Əlizadə, Sərdar Cəlaloğlu, Rauf Arifoğlu, Əhəd Abıyev?.. Siyahının davamını özünüz yaxşı bilirsiniz...
Belə məlum oldu ki, artıq iqtidarın yarımçıq girənlərə ehtiyacı yoxdur. Həm də bu "seçki" ilə rejim ağıllı adamlar üçün birdəfəlik aydın mövqe ortaya qoydu: Bizimlə olmayanlar bizdən deyil!
Tags: debillər seriyasından, seçkilər, ölkə
Subscribe

  • Post a new comment

    Error

    Anonymous comments are disabled in this journal

    default userpic

    Your reply will be screened

    Your IP address will be recorded 

  • 0 comments