Вы читаете passat33

Previous Entry | Next Entry

The end




ABŞ-ın, Qərbin mədəniyyətini əxz edib, kitablarını oxuyub, texonologiyasından istifadə edib, ali məktəblərində təhsil almağa can atıb, şəhərlərində istirahət edib və bu gün səddamları, qəddafiləri layiq olduqları cəzaya çatdırdıqlarına görə Qərbə, ABŞ-a cinayətkar, öz maraqlarını güdən yaramazlar deyən özünü oxumuş, savadlı hesab edən adamların cındır arqumentlərinə fikir verin: Səddamın, Qəddafinin vaxtında əhali sabit və firavan yaşayırdı, bundan sonra xaos, anarxiya xalqın gününü qara edəcək. Bu arqumenti gətirən adamların nəzərinə çatdırıram ki, qəhrəman, "mujik" hesab etdiyiniz Səddamın sabit və firavan ölkəsində 1 gündə qətlə yetirilən günahsız insanların sayı indiki xaosun hökm sürdüyü (bu da onların uydurmasıdır. Halbuki İraq əməlli-başlı seçkili orqanları formalaşmaqda olan dövlətə çevrilir) İraqda 1 ayda ölənlərin sayından çox olub. Qəddafi özü elə yaxşı oğlan, ölkəsi də elə ləzzətli idisə, onda nədən ən adi istirahətinizi belə Benqazidə, Tripolidə yox, cinayətkar hesab etdiyiniz İspaniyada, İtaliyada, Fransada, ABŞ-da keçirirdiniz? Adam da Qəddafi kimi kişinin gözəl vətənini qoyub, Hollandiyanı gəzməyə gedər? Nə isə, o qədər suallar var ki...

Yaxud Qəddafidən mujik düzəldib şəninə tərif yağdıranlar əsas gətirirlər ki, axıra kimi döyüşərək öldü. Daha demirlər ki, onu kanalizasiya borusundan zorla dartıb çıxarıb, sonra başına güllə çaxıblar. Səddamı bir quyuda saqqalına bit düşmüş vəziyyətdə, Qəddafini isə siçovul kimi kanalizasiyada gizlənən yerdə tapdılar. Amma heç birinin gündəyməzi çatmadı ki, son anda özlərinə qəsd edib heç olmasa abırlı bir yerdə ölsünlər... 

P.S. Qara kütlənin müsəlman təəssübkeşliyindən doğan Səddama, Qəddafiyə sevgisi, ABŞ-a və Qərbə olan nifrəti onsuz da məlumdur...


Comments

( 7 комментариев — Оставить комментарий )
o55
21 окт, 2011 08:41 (UTC)
qul təəssübkeşliyi
Bəyəndim! Bu gün Qəddafini öyənlər(söhbət bzim vətənşüvənlərdən gedir),sabah da,öz diktatorumuzun vaxtında sabitlik və əmin-amanlıq olduğunu iddia edəcəklər.Aranı isə özləri qatmağa çalışacaqlar.
passat33
21 окт, 2011 08:43 (UTC)
Re: qul təəssübkeşliyi
həmişəki kimi)
fatih_irevanli
21 окт, 2011 09:07 (UTC)
Re: qul təəssübkeşliyi
скидку делать надо, ты мой родной

на то, что диктатор в Голландии или Турции - не есть хорошо, ибо эти народы могут сами управлять собой - что и доказали

а диктатор у арабов или негров, например - куда лучше недиктатора, ибо.

прости, что не очень политкорректно, но как получается - так получается
passat33
21 окт, 2011 09:25 (UTC)
прости, что не очень политкорректно, но как получается
:)
seqaleyn
21 окт, 2011 10:27 (UTC)
Maraqlıdır ki, Səddamın, Qəddfinin məhvinə kədərlənən "müsəlman təəssübkeşləri" praktik İslamdan son dərəcə uzaq olanlardır.
passat33
21 окт, 2011 10:29 (UTC)
raziyam, amma siyasi-dini təəssübkeşlər də var kədərlənənlər arasında
Elmeddin
13 сент, 2012 17:47 (UTC)
Passata cavab
Passat.Sən burda uşaq başı qatırsan yoxsa milləti dolamısan.Ay PASSAT bəyəm bilmirsənki Qəddafini,Səddamı hakimiyətə gətirən də götürən də elə ABŞ və qərb olub.Onların məqsədi Qəddafini öldürmək yox!,daima müsəlman ölkələrində xaos yaratmaq olub.Daima!...,səlib yürüşlərindən ta indiyə kimi müsəlmanların qanın axıdıblar.Terror təşkilatları yaradıb, başına öz adamların qoyub,terror törətdirib sonra da öz ali məqsədlərin "terrrora qarşı mübarizə " pərdəsi altında həyata keçirdiblər.Əgər onların alyansı orta əsrlərdə Səlib(Xaç) yürüşü idiysə indi NATO-dur.Dünya malı üçün günahsız insanların qanın axıdırlar.ABŞ və qərb özünü insanpərvər göstərir amma əslində bu "insanpərvərlikdir"(dırnaq arasında).Əgər sənin o "ali sülh sevənlərin","insanpərvərlərin" elə yaxşı oğlanlardısa))) o zaman öz büdcələrin Neft,Qaz,qızıl yataqları əldə etmək üçün müharibələrə sərf etməsinlər,AFRİKAda acından ölən əhali üçün xərcləsinlər.O zaman neft də,qazda müharibəsiz hər kəsin olar.Amma onlara bu lazım deyil,onlara KOOPARASİYAların maraqlarını müdafiə etmək lazımdır.Bizə isə sülh,Qarabağ və bir tikə çörək lazımdır...Bu isə İSLAMla mümkün olacaqdır,İnşalah!
( 7 комментариев — Оставить комментарий )

Latest Month

Декабрь 2014
Вс Пн Вт Ср Чт Пт Сб
 123456
78910111213
14151617181920
21222324252627
28293031   

sayğac




MyCounter - sayğac və statistika


free counters


Афоризмы


Разработано LiveJournal.com
Designed by Lilia Ahner