Вы читаете passat33

Previous Entry | Next Entry

Comments

( 7 комментариев — Оставить комментарий )
o55
13 апр, 2011 12:50 (UTC)
Araşdıra bilmədim. Bu sənəddə nəyə eyham edilir? Və ...?
passat33
13 апр, 2011 13:02 (UTC)
Bu sənəddə statistik rəqəmlərlə göstərilir ki, Laçın, Kəlbəcər və Naxçıvan Muxtar Respulblikasının Ermənistanla sərhəd rayonlarında 30-cu illərin əvvəllərində yaşayan əhalinin etnik tərkibi araşdırılıb rəsmi şəkildə Moskvaya məruzə edilmişdi. Və həmin illərdə bəzi qüvvələr iddia edirdi ki, sənəddə adıçəkilən ərazilərdə kompakt şəkildə kürdlər yaşadığından, onlar üçün burada Kürdüstan uyezdi yaradılsın. Bunun üçün Moskvadan komissiya gəlir, məsələni araşdırır və oratlığa bu sənədi hazırlayıb qoyurlar. Və məlum olur ki, deyilənlər tamamilə cəfəngiyyatdır, burada yaşayan əhalinin tam əksəriyyətini türklər (o illərdə hələ azərbaycanlı adlanmırdıq) təşkil edir. Siz sənəddəki cədvəllərə diqqətlə fikir versəniz özünüz də bunu görəcəksiniz.
Məhz bu sənədin ortaya çıxmasından sonra uyezd yaratmaq planından vaz keçirlər...
spectat
13 апр, 2011 13:32 (UTC)
uyezd yaratmaq planından vaz keçirlər...
Tarix bir qədər fərqlidir.

1923-cü ildə bu uyezd yaradılmışdı, başçısı Hüsi Hacıyev idi, 1929-cu ildə SSRİ-də bütün uyezdlər ləğv edildi və yeni inzibati vahidlər -- dairələr (okruq) yaradıldı. Azərbaycanda 13 uyezd əvəzinə 8 dairə yaradıldı, onların arasında artıq Kürdüstan yox idi, keçmiş uyezdin ərazisi Qarabağ dairəsinə daxil edildi. Lakin bir qədər sonra, 1930-cu ildə Kürdüstan dairəsi yaradıldı, onun tərkibinə uyezddə olan ərazilərdən əlavə Zəngilan və Cəbrailin bir hissəsi daxil edildi. Bu qurumun ömrü uzun olmadı, bir neçə aydan sonra, elə həmin 1930-cu ildə SSRİ-də bütün dairələr ləğv edildi, indiyə qədər mövcud olan rayon vahidi tətbiq olunmağa başladı.
passat33
13 апр, 2011 13:37 (UTC)
Re: uyezd yaratmaq planından vaz keçirlər...
Razıyam. Ola bilsin fikrimi düzgün ifadə etməmişəm. Amma Kürdüstan adlı uyezdi yaratmaq planı sadəcə ərazi-inzibati vahidindən yox, DQMV kimi bir qurum yaratmaqdan gedirdi. Yəni məsələyə yanaşmadan söhbət gedir.
passat33
13 апр, 2011 13:42 (UTC)
Re: uyezd yaratmaq planından vaz keçirlər...
Həm də bu hesabatın hazırlanması tarixinə bax: 1932-ci ildən söhbət gedir. Amma artıq 1930-cu ildən SSRİ-də rayon inzibati vahidləri tətbiq olunmağa başlamışdı. Nə oldu, birdən yadlarına ərazinin etnik tərkibini müəyyənləşdirmək düşdü?
burla_xatun
16 апр, 2011 18:53 (UTC)
Bilgilərə görə çox sağ olun.
( 7 комментариев — Оставить комментарий )

Latest Month

Декабрь 2014
Вс Пн Вт Ср Чт Пт Сб
 123456
78910111213
14151617181920
21222324252627
28293031   

sayğac




MyCounter - sayğac və statistika


free counters


Афоризмы


Разработано LiveJournal.com
Designed by Lilia Ahner