Вы читаете журнал [info]passat33

Previous Entry | Next Entry

Bayraq şüvənliyi

  • 4 Сент, 2010 at 4:38 PM

Kələknən gələn, küləknən gedər!

Atalar sözü

Qədim Romada qullar öz ağalarından acıqlarını əmək alətlərini sındırmaqla çıxardılar. Bizdə isə vəziyyət elə gətirib ki, insanlarımız ağalarının istehsal vasitələrini sındırmağa belə cəsarəti çatmadığından, yaxud bu imkandan da məhrum olduqlarından küləyin cırdığı bayrağa sevinməklə acıqlarını çıxırlar. Doğrudan da ölkədə dəhşətli bir vəziyyət yaranıb. İnsanlar artıq ümidlərini küləyə, selə, tufana və digər təbiət hadisələrinə bağlayıb. Baxmayaraq ki, bunlardan daha çox özləri əziyyət çəkir. Buna “çarəsizlik sindromu” da demək olar. 

 

Mənim bayrağın cırılması ətrafında yaranan ajiotajda daha çox diqqətimi çəkən, bu hadisəyə "sevinənlər"ə qarşı səlib yürüşünün başlanması oldu. Heç bilmirdim ölkəmizdə bu qədər hərbi biletinə “9b” yazdırıb, yaxud müxtəlif üsullarla əsgərlikdən yayınaraq bayraq sevgisinə bürünən, bloq və forumlarda rusca mırtdaşan “patriot” (vətənpərvər) oğullarımız varıymış. Bu yerdə Vahidin bir şeiri lap yerinə düşür:

Ey fələk!
Eylə külək!

Qaldır onu

Bir də görək.

Şeiri bu hadisələrə interperetasiya etsək, altda nələrin qaldığının şahidi olarıq: yalançı patriotizm, bayraq sevişmələri, dövlətçiliyə sədaqət nağılları, erməniləri söymək və s. "Sevinənlər"in hamısı isə vətən xaini, erməni dəyrmanına su tökənlər və s. kimi damğalar altında yaşamağa məhkum olunmuş şarlatanlar...

“Bu bayraq hamımızındır!” şüarıynan hücuma keçənlərə “stop!” komandası. Durun arkadaşlar, gününə 1 mliyon manat yeyən müftəxor əski parçasını mənim və mənim kimi düşünən sadə vətəndaşların adına çıxmayın, zatən! Mənim elə bayrağım ola bilməz ki, birgecəlik şimal küləyinin cırığına çevrilsin. O bayraq ləyaqət hissini itirmiş, özünü toplumdan ayrı salmış, korrupsiyalaşmış və kastalaşmış bir rejimin bayrağı idi ki, göylərə pulnan qaldırılmışdı, bir külək isə onu ədələtlə yerə çırpılmağa məhkum etdi. Çünki onların qaldırdıqları bayraq oralara layiq deyildi. Bax burada, mistik olsa belə, ilahi ədalətin mövcudluğuna inanmaq istəyirəm.

Hadisələrin gedişi zamanı bayrağa bürünmüş yaltaqlığı, patriotizmin arxasından boylanan yarınmaq səhnələrini görmək necə də dəhşətlidir. Necə ki, Mirşahin “patriotizm” şüarının arxasında gizlənib Eynullaya atəş açırdı. Özünün rejimə sabunsuz girməyini gizlətmək üçün nə hoqqalardan çıxmadı? Amma bütün bunlar əbəs idi. Mirşahin və onun kimi bayraq sevdalı "patriot"ların bu cəhdləri dəvəquşunun gizlənməyi kimi bir şey idi. Dəvəquşu başını quma soxur, başından dəfələrlə böyük götü isə çöldə qalır. Amma “yazıq” QUŞa elə gəlir ki, gizlənib.
Müharibə zamanı səngərdə əsgərlər ancaq başlarını azacıq çölə çıxarırlar, sizlər kimi götləri çöldə qalmır, sevimli QUŞlar. Çünki onlar döyüşürlər, vətən üçün, bayraq üçün! Rejimin bir əlavəsinə çevrilib sabunsuz girmək üçün yox! Bəlkə döyüş dalınıza yazılıb?! Yox, əgər belə deyilsə, onda niyə baş verən biabırçılığa görə hətta ermənilərin belə istehzasına məruz qalmağımızı rejimin ayağına yazmaq istəmirsiniz? Niyə rejimnən tələb etmirsiniz ki, bu nə biabırçılıq idi, göylərə qaldırılaraq Ginnesin rekordlar kitabına düşən bayraq, zaman etbarilə yüksək sürətlə cırılaraq aşağı endi? Bəlkə qorxursunuz bunları soruşmağa? Ola bilər, qorxmaq ayıb deyil, əksinə, insani hissdir, yetər ki onu səmimi etiraf edəsən. Yoxsa ki, bütün olanları bu hadisəyə "sevinənlər"in ayağına yazaraq, onları qaralamaq...

P.S. Əgər azca da olsa vicdanınız varsa, üç nöqtənin yerinə layiq olduğunuz sözü yaza bilərsiniz.

 

 

Comments

( 5 комментариев — Оставить комментарий )
[info]mrzorik wrote:
4 Сент, 2010 16:57 (UTC)
temami ile duzdu.
[info]o55 wrote:
4 Сент, 2010 17:43 (UTC)
Yaxşı yazmısınız
Günü-gündən zəlili xar oluruq,
möhnəti qüssəyə düçar oluruq.(Yadımda qalan budur.Allah Seyid Əzimə rəhmət eləsin!)
[info]ilgarmammadov wrote:
5 Сент, 2010 18:10 (UTC)
Doğru buyurusuz.
[info]fichko wrote:
6 Сент, 2010 13:04 (UTC)
Qələminiz iti olsun!
Belə davam etsəniz, sabundan tez-tez istifadə edənlərin bloqunuza gizlicə də olsa qonaq gəlməyə belə cəsarətləri qalmayacaq. Sizə bu lazımdır?! :)

[info]passat33 wrote:
6 Сент, 2010 13:06 (UTC)
Re: Qələminiz iti olsun!
Bu, onların problemidir, mənim yox:))
Taleyini sabuna bağlayanların axırı...)))
( 5 комментариев — Оставить комментарий )

Latest Month

Май 2012
Вс Пн Вт Ср Чт Пт Сб
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Tags

sayğac




MyCounter - sayğac və statistika


free counters


Афоризмы


Разработано LiveJournal.com
Designed by Lilia Ahner