Вы читаете журнал [info]passat33

Yaşasın sosialistlər!

  • 17 Май, 2012 at 11:40 AM

Qadın gülərsə, şu ıssız mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla yüksələcək! © H.Cavid

Fransada Fransua Olandın prezident seçilməsindən sonra ölkədə yeni hökumət formalaşıb. Nazirlər Kabinetini təşkil edən 34 nazir kreslosunun tam yarısını – 17-sini qadınlar tutub. Bax budur, sol düşüncənin uğuru – qadına verdiyi dəyər!

Tags:


Bir dəfə müasir yazarlardan bir neçəsi ilə birlikdə söhbət edirdik. Söhbət gəlib ailə qurmağa çıxdı. Onlar bu ölkədə onların standartlarına uyğun qadının olmadığını dedilər. Ərkyana gənc qadın yazarlardan birinin adını çəkdim. Sual verdim ki, niyə evlənmirsiz onunla? Hərəsi ağzını bir yana büzdü. Halbuki bayaqdan mütaliəli, az-çox dünyagörüşü olan, azadlıqlara, sərbəst hərəkətlərə üstünlük verən qadınları arzulayırdılar. Biri isə dedi ki, onu hamı tanıyır, sonra bizə yaxşı baxmazlar. Deməli, azad seksin təbliğatçıları özləri belə bakirə qız axtarışındadırlar. Onda bu psevdopostmodernistlərin illərlə rus qadınlarla kef çəkən, özündən 15-20 yaş böyük olan boşanmış rusla evlənib Rusiya vətəndaşlarının say tərkibini genişləndirən, 30-35 yaşlarına çatanda da gəlib Azərbaycanda 15 yaşlı sütül qız axtaran bazar kontingentindən nə fərqi var?

Azərbaycanın bəzi rayonlarında və Bakı kəndlərindən qız uşaqlarına yuxarı siniflərdə oxumağa icazə vermirlər. O körpələr evlərində oturub adaxlılarını gözləyirlər. Sonra da qeyrət dağarcığı olan atalar o qızları 13-15 yaşlarında ərə verirlər. Ərləri də çox vaxt onları dədə-anasının yanında qoyub Rusiya bazarlarına veyillənməyə gedirlər. Bəzən qayıdırlar, ailələrinə qəpik-quruş göndərirlər, bəzən də illərlə batıb qalırlar orda. Qaynana-qaynata yanında qocalmağa məhkum edilmiş o körpələrin uşaqlıqları, gənclikləri, gələcəklə bağlı ümidləri, yüksək arzuları hamısı məhv olub gedir. Onlar oğlanlarımızın bələkdən qız almaq ehtirasının qurbanına çevrilirlər. Allah bilir o qızlar 13 yaşında məktəbdən çıxarılıb ərə verilməsəydilər, hansı səviyyənin yiyəsi olardılar...

İndi bu qədər qadağalar içində yaşamağa məhkum edilmiş Azərbaycan qadınından Fatmanisədən artıq adam olmağı tələb etmək paradoks deyilmi?

Ülkər Abdullayeva

Fethullah Gülen:

  • 15 Май, 2012 at 11:49 AM

Neşe Karaböcek:




Sibel Can:




və mahnının ilk ifaçısı Şövkət Ələkbərova:



P.S. Əslində mahnının adı "Bir könül sındırmışam"dır. Neşe Karaböceyin ifasını isə çox bəyəndim:)

Tags:

Yerli Kamasutra

  • 13 Май, 2012 at 6:33 PM



Deyilənə görə, bu heykəl Qəbələdədir:

Bizim professorlarımız

  • 11 Май, 2012 at 4:48 PM

"İçək sərçələrin sağlığına".

Məqalə başqa bir biabırçı hadisəni yadıma saldı. 


"Tarixi tədqiqatlar göstərir ki, Azərbaycan, konkret olaraq Naxçıvan ərazisi Nuh tufanından sonra həyatın başlandığı yerdir". Bu sözləri AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov 2009-cu ildə Vasif Talıbovun təşəbbüsü ilə Naxçıvanda keçirilən "Nuh peyğəmbər: dünya tufanı və Naxçıvan" simpoziumda bir çox xarici ölkə "alim"lərinin qarşısında söyləyəndə, mən şeyx həzrətlərinin niyə soğan biznesi ilə məşğul olmasını anladım. Adamın çörəyini əlindən alandan sonra nə etməlidir? Əvvəllər elə bilirdim tarix də fizika, kimya, biologiya kimi dünyəvi elmdir, onun Adəmin, Nuhun, İsanın, Musanın və s.-in bazarında nə işi ola bilər? Amma Azərbaycan professorları sübut etdilər ki, əsl nağıl kitabı 1902-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş böyük alman tarixçisi Theodor Mommsen`in yazdığı "Roma tarixi" əsəri imiş...

Bax belə, tarixi Nuhun tufanından başlayan xalqın professorları ancaq sərçələrin sağlığına içər. Amma Nuh hara, araq hara? Bəlkə Nuh da yaman vuran olub, nə bilmək olar?))))




dahi aktyor

  • 11 Май, 2012 at 12:22 PM

Tags:

Babalarım

  • 9 Май, 2012 at 1:14 PM

Hər iki – həm ata, həm də ana babam Böyük Vətən müharibəsinin iştirakçısı olub. Hər ikisi faşizmə qarşı müharibədə ağır yaralanıb və ömürlərinin sonuna kimi bu qanlı savaşın izini – mərmi qəlpələrini canlarında daşıyıblar. Ata babam müharibənin sonuna, ana babam isə 1942-ci ilə kimi (ağır yaralandığından döyüş qabiliyyətini itirib) döyüşlərdə iştirak edib. Müharibədən sonra isə hər ikisi ömürlərinin sonuna kimi müəllimliklə məşğul olub. Ata babam Azərbaycan məktəbində rus dili və ədəbiyyatı, ana babam isə rus məktəbində (əvvəllər Azərbaycan məktəbində) Azərbaycan dili və ədəbiyyat fənlərindən dərs veriblər. 

Bu gün hər ikisini qürur hissi ilə anıram!





UPD.

9 May


Tags:

6 Май, 2012

  • 10:20 PM

Bu gün Fransada (prezident), Yunanıstanda (parlament), Serbiyada (prezident və parlament), Ermənistanda (parlament), İtaliyada (yerli orqanlara) seçkilər keçirilib. AzTV-nin məlumatına görə, Ermənistanda keçirilən seçkilər kütləvi qanun pozuntuları ilə müşayiət olunub. Kor kora "kor" deməsə bağrı çatlar məsəli... 

Fransadan gələn "svejiy" xəbərlərə görə sosialistlər Hollande`in qələbəsini artıq qeyd etməyə başlayıblar. Sarkozy`yə isə bir quş. Beləliklə, Sarkozy Avropanı bürüyüən iqtisadi böhranın başını yediyi (
türkün məsəli) 11-ci dövlət (hökumət) başçısı oldu...

Tags:

:)

  • 4 Май, 2012 at 6:07 PM

Yunanıstanın səhiyyə naziri Andreas Loverdos: "Prezervativsiz sekslə məşğul olan kişi eşşəkdir":)

Tags:

Bu zalım dünyada doğulma...

  • 3 Май, 2012 at 1:02 PM

Bu gündən etibarən BMT Təhlükəszilik Şurasına sədrlik etmək Azərbaycana keçir. Loru dillə desək, bu gündən etbarən bir ay müddətinə dünyanı Azərbaycan "fırladacaq"...




P.S. İndi məlum olur ki, telekanalizasiyaların ayıbını elə debil seriallar örtürmüş. Ona da qadağa qoyulanda belə "maraqlı" mənzərə alınır. 

AMR

  • 1 Май, 2012 at 12:47 PM

Bildiyiniz kimi, Milli Televiziya və Radio Şurasının (MTRŞ) qərarı ilə bu gündən etibarən yerli TV-lərdə xarici ölkələrin istehsalı olan serialların yayımı qadağan olunub. Dünya zəhmətkeşlərinin həmrəyliyi günündə dövlət tərəfindən MTRŞ-nin əli ilə verilən bu qərarı yerli zəhmətkeşlər üçün əla “bayram payı” da hesab etmək olar. Olsun, onunla bir işim yox, məni maraqlandıran verilən yasaq qərarının hansı qanunla tənzimlənməsidir. Yəni bu qərar qəbul edilərkən hansı qanunun, hansı maddəsinə istinad olunub? Bəri başdan deyim heç birinə,  yazılmamış mentalitet qanunundan başqa...


Читать дальше... )

Milli "GAY"-lərimizin vətən qeyrəti

  • 27 Апр, 2012 at 5:38 PM

İllər əvvəl, telefonlarda dolaşan milli pornolarımızdan birinə baxmışdım. Sifətində yarım kilo namus-qeyrət olan, piramida bığlı, bazburtlu kişi oğlu kişi, bir həmcinsinin penisini ağzına alıb əmir, həmcinsi də onu telefona çəkir. Birdən, bığıburma ceyran sifətinə tuşlanmış telefonu görür və penisi ağzından çıxarıb soruşur: “Bu telefon neçəyədü?” 

Cavab gecikmir:

“300 dollar”.

“Nə baha!”

Oral fəaliyyət əsnasında, bunların dialoquna zadına bax.


Читать дальше... )


Hitlerlə Bismarkı eyniləşdirən

  • 27 Апр, 2012 at 2:29 PM

“Yeni Azərbaycan”ın Analitik Qrupu

Danabaşlar bunu Almaniya dövlətinə necə izah edəcək, görəsən?

Ancaq Azərbaycanda

  • 23 Апр, 2012 at 4:39 PM

Azərbaycan Dövlət Pedaqoji Universitetinin pedaqogika fakültəsinin dekanı, professor Fərrux Rüstəmov adlı birisi İ.Podlasıyın Moskvada çap olunmuş “Педагогика (Новый курс)" adlı dərsliyini tənbəllik etmədən tərcümə edərək, kitabın üstünə öz adını yazıb. Yəni başqasının yazdığı bütöv bir kitabı plagiatlıqla öz adına çıxıb. Hətta kitabın plagiat olmasını Müəllif Hüquqları Agentliyi də rəsmi şəkildə təsdiq edərək təhsil nazirinə göndərib. Bunun qarşılığında nə baş versə yaxşıdır? Ötən həftə ölkə prezidentinin sərəncamı ilə Fərrux Rüstəmova əməkdar elm xadimi fəxri adı verilib.

"Oğrudan oğruya halaldır" prinsipini yazıq alman xalqı haradan bilsin?


Kimi dəstəkləyirsiniz?

  • 23 Апр, 2012 at 12:05 PM

Опрос #1835646
Открыт: Всем, подробные результаты видны: Всем, участников: 3

Fransanı kim "fırlatsın"?

Показать ответы
Francois Hollande
2 (66.7%)
Nicolas Sarkozy
0 (0.0%)
Heç biri
1 (33.3%)

MÜHARİBƏ ƏLİLİ

  • 21 Апр, 2012 at 1:29 PM

Üzdü ayaqlarımı Vətən yolu
qayıtdım üzüqoylu…
qayıtdım
qurşağımın yuxarı qatıyla,
qayıtdım
əlil arabasının atıyla…
İki balam gözüyaşlı
arvadım başıdaşlı…
Yazıq hər əmrə müntəzir:
həm məni gəzdirir,
həm … özü gəzir…
Süfrəmdə haram var -
dinmirəm,
İki ac balam var -
dinmirəm.
Dinmirəm
gül ağzı açılanda heyrətin:
«Vətəni qorudun, bəs öz qeyrətin?!»
… Üzdü ayaqlarımı Vətən yolu
bu da mənə «sağ ol»u…

Qulu AĞSƏS

good news

  • 20 Апр, 2012 at 12:50 PM

Как сообщает 1news.az со ссылкой на официальный сайт Президента АР, в Положение о Госкомиссии по приему студентов добавлены пункты о проведении итогового оценивания (аттестации) обучающихся в учебных заведениях по общеобразовательным предметам и проведении научно-методического мониторинга учебников, учебных и других пособий по общеобразовательным предметам.

Подробности: http://www.1news.az/chronicle/20120419114414411.html


Axır ki, gec də olsa bu qərar verildi. Təhsil Nazirliyi təhsil (bilik) verən qurumdur. Bir qurum olaraq onun özü-özünü qiymətləndirməsi ən yaxşı halda subyektivlikdən uzağa gedə bilməzdi. Getmirdi də. Son iki ildə TN-nin keçirdiyi buraxılış imtahanlarında necə böyük biabırçılıqların və bazarın yarandığını, demək olar hər bir Azərbaycan vətəndaşı bilir. Bu ona bənzəyir ki, uşağı da özü doğur, göbəyini də özü kəsir.

Читать дальше... )
 


İsraildə yayımlanan Channel 10 TV kanalının verdiyi məlumata görə, ölkənin hərbi yetkililəri mayın 23-də İranın nüvə araşdırmaları ilə bağlı Bağdadda keçiriləcək II tur müzakirələrə qədər gözləyə bilər. Əgər müzakirələr nəticəsiz başa çatarsa, İranın nüvə tədqiqatları mərkəzlərinə həmən hücum ediləcək.

Onu da xatırladım ki, mayın 26-da isə Bakıda "Eurovision" mahnı yarışmasının finalı keçirilməsi nəzərdə tutulur...

Səhər mırtı

  • 18 Апр, 2012 at 11:55 AM

Status

  • 17 Апр, 2012 at 1:04 PM

İlqar Məmmədovun ötən bazar günü facebook statuslarından: "Şəki Azərbaycanın dünyəvilik qalasıdır".

Görəsən, İlqar bəy əvvəldən bu qənaətdə idi, yoxsa REALın Şəkidə keçirdiyi tədbirdən sonra belə nəticəyə gəlib?

Açığını deyim, razılaşmamaq mümkün deyil.

İranın «dişi»si də gəlir

  • 16 Апр, 2012 at 1:03 PM

Türkiyə hər gün məni daha çox xəyal qırıqlığına uğratmaqdadır. Zatən Ərdoğanın keçən günlərdə «biz dindar gənclik yetişdirəcəyik» deməsindən, arasından çox keçməmiş isə Türkiyə təhsilinin əyninə elə abilərimizin öz təbirincə desək, apar-topar «4 + 4 + 4» sisteminin biçilməsindən sonra mən artıq bu ölkədən tamam əlimi üzmüşəm.

Sizcə, bizə dəxli yoxdurmu? )

Зардушт Ализаде:

  • 13 Апр, 2012 at 2:31 PM

«Я проведу фестиваль армянских фильмов в Азербайджане»


«Да, я выступил с инициативой проведения фестиваля армянских фильмов в Азербайджане. И я не боюсь никаких там ура-патриотов. В гробу я их видел в белых тапочках. Осенью 2010 года Георгий Ванян, которого я считаю очень смелым человеком, уже пытался провести в Ереване фестиваль турецких и азербайджанских фильмов. Но тогда дешевые армянские ура-патриоты помешали Ваняну. Естественно, при попустительстве и даже науськивании официальных властей. Создалась опасная ситуация для самого Ваняна и его семьи», - заявил Ализаде в интервью vesti.az.

Великолепный век

  • 13 Апр, 2012 at 1:09 PM




Əslində postun məqsədi dünyanın 42 ölkəsində, həmçinin Rusiyada yayımlanan məşhur Türkiyə serialı "Möhtəşəm yüzyıl"ın ssenari müəllifi, bu günlərdə dünyasını dəyişən Meral Okay`ın vəsiyyətindən nə qədər duyğulandığımı çatdırmaqdır. Belə ki, mərhum Okay mirasını İzmirin Səlcuq ilçəsinə (rayonuna) bağlı Nesin Matematik Köyü`nə (Nesin riyaziyyat kəndinə) bağışlayıb.

Onu da qeyd edim ki, kəndin qurucusu dünyaca məşhur solçu yazar Əziz Nesinin oğlu, riyaziyyat üzrə professor Əli Nesin`dir. Əziz Nesin tərəfindən yaradılan Nesin vəqfinə bağlı olaraq fəaliyyət göstərən kənddə məşhur riyaziyyatçılar 7-dən 70-ə hər kəsə təmənnasız təhsil verir.

Möhtəşəm insanların ölümləri də yaratdıqları kimi möhtəşəm və yaddaqalan olur.

UPD

Ali Nesin: "1995 yılında Türkiye’ye geldim 17 yıldır Türkiye’deyim. Biraz da olsa insanları tanımışsam çok büyük bir olasılıkla aile buna razı olmayacak. Hayat böyle bir şey iste".

Müasir atalar sözü

  • 12 Апр, 2012 at 11:58 AM

İgid odur, vəzifədən düşər, vəzifəyə atlana,
İgid odur, hər vəzifəyə qatlana.

Viagra`dan da yararlanan iqtidar:))

  • 11 Апр, 2012 at 1:04 PM



Heç demə, təkcə 
2011-ci ildə Türkiyədə cinsi aktivliyi artıran həblərin satış bazarı 400 milyon TL (220 426 967 $təşkil edibmiş. Yəni 2011-ci ildə ölkədə 6 milyon qutu viagra satılıbmış. Maraqlısı isə budur ki, bu həblərin satışı nənki cinsi, hətta siyasi aktivliyə də öz təsirini göstərib. Belə ki, Türkiyənin Əczaçılar Birliyi bunu "İqtidar üçün 400 milyon lirə xərclədik" şəklində yorumlayıb:)

Təklif

  • 9 Апр, 2012 at 1:32 PM

Dünən İP 20-ci yaşayış sahəsində yerləşən sürücülük məktəbinin həyətindəki meydançada mitinq keçirib. Yerli KİV-lərin verdiyi məlumata görə, Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış  mitinqdə “Yeni parlament seçkiləri!”, “Qarabağa azadlıq!”, “Siyasi məhbuslara azadlıq!”, “Sərbəst toplaşmaq azadlığı təmin edilsin!”, “Əmanətlər birə-bir qaytarılsın!”, “Əmlakımıza toxunmayın!”, “Korrupsiyaya və rüşvətə son!” şüarları səsləndirilib.


Читать дальше... )

Tüpürüm sizin mentalitetinizə!!!

  • 8 Апр, 2012 at 10:03 AM

Sizin ordunuz ki, qapalı yerdir, burada özünüzünkülərdən başqa heç kim yoxdur. Bəs niyə bu “türk oğlu türk”lərdən, “qeyrətli Azərbaycan oğullarından” ibarət “kişi cəmiyyəti”ndə rəzil fahişəxanalarda belə rast gəlinməyən murdarlıq var? Bəs hanı keşiyində əlibaltalı, yabalı, dəhrəli dayandığınız, uğrunda baş kəsməyə hazır olduğunuz qiymətli, şərəfli mentalitetiniz?! Hanı?!


Читать дальше... )

Dünya köhnə dünyadır

  • 7 Апр, 2012 at 2:35 PM

Gəncədə nə baş verir?

  • 6 Апр, 2012 at 1:32 PM

Корреспондент РадиоАзадлыг сообщает с места события, что жилое здание окружено вооруженными сотрудниками Министерства внутренних дел и Министерства национальной безопасности Азербайджана. В пределы оцепленной территории никого не пропускают. О подробностях происшествия не сообщается.


Dini qüvvələr olmaya, görəsən?


5 Апр, 2012

  • 2:01 PM

Belə manıslara hansı eşşəksikən məmurlar pul buraxır, görəsən? Bu danabaşlarda allahın heç zövqü də yoxdur.

Elimizə Boeing gəlib:)))

  • 4 Апр, 2012 at 11:37 AM



"AZAL" prezidenti Cahangir Əsgərov: "Ooo, devuşkə də var içində. Devuşkanı mən verin, öpüm onu"!

no comment

  • 3 Апр, 2012 at 12:20 PM

Tövbə:)

  • 2 Апр, 2012 at 1:08 PM

İranı daha dərindən anlamaq üçün M.F.Axundzadənin yaradıcılığı, xüsusən də "Kəmalüddövlə məktubları" ilə tanış olmaq lazımdır. Sözümü nəyə gətirmək istəyirəm? Söhbət İrandan düşəndə tanışlardan bir neçə nəfər də mənə demişdi ki, əslində İran bizim gördüyümüz və təsəvvür etdiyimizdən daha rasional bir ölkədir. Vətəndaşları da bizdən fərqli olaraq, daha rasional düşünür. Dünən eşitdiyim söhbətlərdən bunun bir daha şahidi oldum.    


tövbə qapısı həmişə açıqdır:) )

Gəncliyin kaftarlıq intizarı

  • 30 Мар, 2012 at 2:08 PM

Bunun çoxəsrlik səbəbləri, dərin kökləri var - Azərbaycan ağsaqqalarının, ağbirçəklərinin gəncliyə, onun fundamental haqlarına, o cümlədən seksual həyatına düşməncə münasibəti. Bu münasibətin səbəbi də "milli-mənəvi" dəyərlər, "namus-qiryət" filan deyil. Azərbaycan ağsaqqal və ağbirçəkləri seksual aclıqdan əziyyət çəkiblər və çəkirlər. 

seksual manyaklar barədə )

Quba hadisələri barədə

  • 30 Мар, 2012 at 11:47 AM

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətlərinin məlumatından:


... Hadisələrin baş vermə səbəblərinin müəyyən edilməsi istiqamətində aparılan istintaq araşdırmaları göstərmişdir ki, Quba şəhər bələdiyyəsinin və rayon bələdiyyələr şurasının sədri Elxan Əliyev 2011-ci il noyabrın 22-də keçirilən müşavirədə videoçəkiliş aparan «Xəyal» müstəqil teleradio şirkətinin icraçı direktoru Vüqar Qonaqovdan icra hakimiyyətinin başçısı Rauf Həbibovun çıxışının qısaldılmış variantını hazırlamağı xahiş etmiş və bunun müqabilində ona 140 manat ödəmişdir.

    Vüqar Qonaqovun tapşırığı ilə şirkətin baş redaktoru Zaur Quliyev və montajçısı İslam Aslanov tərəfindən icra başçısının rayonun bəzi sakinlərinin qanunsuz hərəkətləri barədə söylədiyi fikirlərin ardıcıllığı pozulmaqla, ayrı-ayrı sözləri vətəndaşlarda hiddət doğuran məzmunda birləşdirilməklə süjet hazırlanmışdır. Həmin videomaterial 2011-ci il dekabrın 18-də kompakt diskdə Vüqar Qonaqova təqdim olunmuş və o, diski Elxan Əliyevə vermişdir.

    Bundan əlavə, Əmlak Məsələləri Dövlət Komitəsinin 13 saylı Quba ərazi şöbəsinin məsləhətçisi Zakir Məmmədov icra başçısının çıxışı, eləcə də Rauf Həbibova və onun qohumlarına məxsus ünvanları və ölçüləri göstərilən daşınmaz əmlakın siyahısı və görüntüləri montaj edilməklə hazırlanmış videoçarxı rayondakı «Eniqma» mağazasında audio-video disk satıcısı işləyən Rövşən Məhərrəmova verərək internetdə yaymasını xahiş etmişdir.

     Videoçarx Rövşən Məhərrəmov tərəfindən 2012-ci il fevralın 20-də «odnoklassniki.ru» və «mail.ru» saytlarında yerləşdirilmişdir. Həmin görüntüləri əldə edən rayonun ərzaq malları mağazasının satıcısı Əli Zeynalov onları Quba şəhərindəki «MMM» internet klubunun icarəçisi İmran Mustafayevə vermişdir. Öz növbəsində İmran Mustafayev ikinci qrup əlil olan Mustafa Nurullayevə məxsus loqin və paroldan istifadə etməklə videomaterialı fevralın 21-də «youtube.com» saytına yerləşdirmişdir... 

Tags:

Təklif:))

  • 29 Мар, 2012 at 4:24 PM

Deyirəm, hakimiyyətdə zərrə qədər kreativlik yoxdur. Mən hakimiyyətdə olsaydım cinayət məcəlləsinə "erməni dəyirmanına su tökmək" maddəsini saldırardım. İş kəsəndə də cəzanı vedrələrin sayına görə müəyyənləşdirərdim. Məsələn, belə:


vedrələrin sayına uyğun cəza )

Hacılar:)

  • 29 Мар, 2012 at 2:36 PM


16+ )

Tags:

Adamı belə başa salırlar?

  • 29 Мар, 2012 at 11:37 AM

Yetər ya...

  • 28 Мар, 2012 at 2:35 PM

Artıq neçə müddətdir ki, Türkiyədə AKP tərəfindən təklif edilən "4+4+4" təhsil sisteminin qızğın müzakirələri şillə-təpik davasına qədər gəlib çıxıb. Müxalifətdə olan CHP, MHP və BDP-nin bütün haray-həşirlərinə baxmayaraq, yeni sistemin yaxın günlərdə parlamentdə qəbul edilməsi şübhə doğurmur. Yeni təhsil sistemi ilə bağlı AKP-li millət vəkili Ulupınar görün nə deyib: “Dindar bir nesilden kime zarar gelir? Vatana, memlekete, dinine, kendisine, ailesine faydası olur. Ateist, dinsiz bir gençten hiç kimseye fayda gelmez”
Görəsən, bu mollanın gəzdiyi avtomobillər, istifadə etdiyi modern texnologiyalar hansı dindarın kafasının məhsuludur? Özünün dediyi kimi, "heç kimə faydası olmayan" ateistlərin bəşəriyyətə verdiyi töhfələr qarşısında onun molla vicdanı necə duruş gətirir? Onsuz da 1500 ildən çoxdur ki, dindarların "faydasının" cəzasını çəkirik. Yetər ya...

Kabel televiziyaları barədə

  • 28 Мар, 2012 at 12:35 PM

1 həftə öncə yenicə yaşamağa başladığım "novostroyka"da Ailə TV-nin (binada anacaq iki kabel televiziyası – Ailə TV və B&B TV fəaliyyət göstərir) xidmətindən istifadə etməyə başlamışam. Dünən Ailə TV-dən bir xanım mobil telefonuma zəng vurub şirkətin göstərdiyi xidmətin keyfiyyəti, xidmətə qoşulmaq üçün göndərdikləri əməkdaşın işini necə yerinə yetirməsi və s. barədə soruşdu. Onu da bildirdi ki, göstərdikləri xidmətin səviyyəsini müəyyən etmək məqsədilə telefon danışığı yazılır. Doğrusu, elə bil bu zəng lap ürəyimdən oldu. Açdım ağzımı, yumdum gözümü:)) Xidmətin keyfiyyətindən razılığımı bildirsəm də, aylıq abunə haqqının baha olmasını (9 manat) dəfələrlə qeyd etdim. Bildirdim ki, kabel televiziyalarının xidmətindən istifadə edən tanıdığım insanların 99%-i qiymətin bahalığından şikayətçidir və bunu şirkətin rəhbərliyinin diqqətinə çatdırmağı unutmasın. İnsafən o da bunu nəzərə alacaqlarına söz verdi və bir daha xatırlatdı ki, telefon danışığı qeydə alınır.

Ümumiyyətlə, bizdə kabel televiziyalarının aylıq abunə haqqı bahadır. Bəlkə də 5-6 il əvvəl bu qiyməti başa düşmək olardı, amma indi texnologiyaların sürətlə inkişaf etdiyi, üstəlik həmin şirkətlərin maddi-texniki bazalarının genişləndiyi və maddi imkanlarının kifayət qədər artdığı 
bir vaxtda bu qiymət çox bahadır. Eşitdiyimə görə, Rusiyada bu xidmətin haqqı ayda bizim pulla 3-4 manatdır...

Sizcə, 9 manat baha deyil?:)

Latest Month

Май 2012
Вс Пн Вт Ср Чт Пт Сб
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Tags

Syndicate

RSS Atom

sayğac




MyCounter - sayğac və statistika


free counters


Афоризмы


Разработано LiveJournal.com
Designed by Lilia Ahner